Əmək haqqı müsahibə nəticəsi əsasında Azərbaycan:
 · Bakı

обновлена: 10 noyabr

Təhsil
Ali
İşəgötürənin kontaktları

bütün kontaktları görmək üçün

Bu vakansiyanı itirməmək üçün onu seçilmişə əlavə edin

Servis mühəndisi

Bu vakansiya işədüzəltmə şirkəti tərəfindən dərc olunub.
Işədüzəltmə şirkətinin xidmətləri .

İşəgötürən:

Anglo-American Business Services (6 vakansiya)

ул.28 мая, 9

Tələblər:

• 3 ildən az olmayaraq.
• Üstünlük aidiyyəti sahədə iş təcrübəsi olanlara veriləcək.
• Üstünlük öncə işlədiyi iş yerlərindən referansı olanlara veriləcək.
• Ali texniki təhsil
• Azərbaycan (sərbəst), Rus (sərbəst), İngilis və digər dillər üstünlük hesab olunur.
• Yenilikçi olmaq.
• Ünsiyyətcil və komanda ruhuna uyğun olmaq.
• Sürətli qərar qəbul etmə və təzyiq altında işləməyi bacarmaq.
• Yüksək əxlaqi və peşə keyfiyyətlərinə malik olmalıdır.
• Səbrli olmaq
• Punktuallıq və disiplinli olmaq önəmli tələblərdəndir (xüsusən xarici görkəm)
• Siqaret çəkməmək ‐ üstünlükdür.

Vəzifələr:

• Şirkətinin satış etdiyi avadanlığın texniki imkanlarını və servis tələblərini ideal şəkildə bilmək.
• Yeni satılan avadanlığın müştərinin təyin etdiyi sahədə quraşdırıb təhvil vermək.
• Anbara daxil olan yeni avadanlığın kondisiyaları yoxlayıb satışa ilkin olaraq hazırlamaq.
• Satışdan sonra telefonla, bir başa quraşdırma yerində, satıldıqdan sonra da şirkətin tələblərinə uyğun olaraq istifadəyə dair məsləhət vermək, nasazlıqları aradan qaldırmaq.
• Ehtiyyat hissə stokuna nəzarət etmək və tələb olunan ehtiyyat hissələrinin daima lazımi sayda olmasını təmin etmək.
• Sərfiyyat materiallarının stokuna nəzarət etmək və tələb olunan ehtiyyat hissələrinin daima lazımi sayda olmasını təmin etmək.
• Təmsilçisi olduğumuz markalarının avadanlığının texniki təlimatlarını tam olaraq oxumaq, mənimsəmək, texniki praktiki işə teoretik olaraq tam hazır olmaq.
• Rəhbərin təlimatlarına müvafiq olaraq xarici və yerli treyninq, texniki konfrans, sərgilərdə iştirak etmək.
• Rəqiblərin analoji maşınlarını araşdırmaq və rəhbərliyin təlimatlarına əsasən texniki müqaisəvi məlumatları hazırlamaq.
• Elektronika sahəsində bilikləri genişlətmək və yeniliklər barədə daima məlumatlı olmaq.
• Tələb olunan zaman xarici səfərlər etmək imkanı olmalıdır.
• İnternet vasitəsilə məlumat araşdırmaq və rəhbərlik+satış əməkdaşları ilə paylaşmaq.
• Hazırda aidiyyəti istehsalçılar: Ricoh, Oki, Xante, GCC, Gongzheng, Cyclos, KwTrio, Duplo, Caslon, Renz.

İş şəraiti:

• Həftədə 6 gün 9,00‐18,00. 6cı gün ‐ 16,00 qədər.
• Nahar şirkət rərəfindən təmin olunur.
• İl ərzində rəsmi bayramlar + 10 iş günü ödənişli istirahət təmin olunur.
Bakıda və Azərbaycanda iş elanları saytı AZ | RU

İş axtarıram
İşçi axtarıram
    İş axtaranın qeydiyyatı

    «Qeydiyyat» düyməsini basaraq siz bu kecid üzrə təqdim edilmiş istifadəçi şərtlərini qəbul edirsiniz.