Əmək haqqı müsahibə nəticəsi əsasında Azərbaycan:
 · Bakı

обновлена: 17 noyabr

Qrafik
Tam iş günü
Təhsil
Ali
İşəgötürənin kontaktları

bütün kontaktları görmək üçün

Bu vakansiyanı itirməmək üçün onu seçilmişə əlavə edin

İş ünvanı: Bakıxanov rayonu, Sabunçu qəsəbəsi, Bəşir Bünyadov 11

Maliyyə Direktoru

rəhbərlər
 

İşəgötürən:

Aqro-Vest DC MMC (1 vakansiya)

Бакиханов Б.Бунятов

Tələblər:

- Əmək məcəlləsi, vergi məcəlləsi
- İdarəçilik qabiliyyətlərinə malik olmalı,
- Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti
- MS Office proqramlarını bilməli (mükəmməl Excel bilikləri)
- 1C 8.3.,8.2., BTP, B1, B3 proqramları ilə yüksək səviyyədə işləmə bacarığı
- Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı
- Fərdi və kollektivdə işləmə qabiliyyəti
- Gərgin mühit və qrafikdə səmərəli işləmə bacarığı
Digər tələblər:
Təhsil: Ali – iqtisadi, biznesin idarə edilməsi
İş stajı: Ərzaq məhsullarının alışı-satışı-dağıtımı ilə məşğul olan şirkətlərdə minimum 5-6 il Baş mühasib, maliyyə meneceri, maliyyə Direktoru işləmiş olmalı;
Dil biliyi: Azərbaycan, Rus, Səviyyə: Əla; İngilis dili arzuolunan
Yaş: 30-48

Vəzifələr:

‐ Maliyyə planını hazırlamaq və yerinə yetirmək;
‐ Pul vəsaitlərini cəlb etmək;
‐ Maliyyə planını yerinə yetirmək;
‐ Maliyyə vəziyyətini monitorinq etmək;
‐ Pul vəsaitlərinin hərəkətini idarə etmək;
‐ Məlumatları toplamaq, birləşdirmək, modelləşdirmək və təhlil etmək;
‐ Gələcək maliyyə ehtiyatları üzrə tələbləri proqnozlaşdırmaq;
‐ Maliyyə vəziyyəti barədə hesabat hazırlamaq;
‐ Şirkətin inkişaf strategiyasına uyğun illik maliyyə planlarını tərtib edir, faktiki və plan tutuşdurulması əsasında onun icrasına nəzarət edir Müəssisənin ümumi strateji planı çərçivəsində maliyyə siyasətinin icrasını təmin edir; ‐ Müəssisənin illik büdcəsininin hazırlanmasını təşkil edir və icrasına nəzarət edir;
‐ Muəsisədə istifadə olunmayan maddi-texniki vəsaitlərin (material və əsas vəsaitləri) yaranmasının qarşısının alınması və azaldılması üçün tədbirlər görür;
‐ Şirkətin təsərrüfat fəaliyyətini iqtisadi təşkil edir, aparılan əməliyyatlar üzrə efektivliyin strateji və cari analizini həyata keçirir və məsrəflərin minimallaşdırılması məqsədilə onları idarə edir;
‐ Daha optimal maliyyə mənbələrinin istifadə olunmasının (kreditlərin alınmasına vs) təmin edir;
‐ Şirkəti investorlar, maliyyə-kredit təşkilatları və maliyyə məsləkçiləri ilə əməkdaşlıq etməsinə hazırlayır və onlar qarşısında Şirkətin maraqlarını təmsil edir.;
‐ Müəssisənin investisiya siyasətinin və aktivlərin idarəolunmasını həyata keçirir, aktivlərin dəyişdirmə və ləğv edilmə təklifinin hazırlanmasını təmin edir;
‐ Aralıq ödəniş sertifikatı üzrə formalaşmış debitor borcların və digər alacaqların vaxtlı-vaxtında daxil olmasını təmin edir;
‐ Hesabat sənədlərinin düzgün tərtib olunmasını və tərkibində olan məlumatın doğruluğunu təmin edir;
- Rəhbərliyin və əlaqədar qurumların tələb etdiyi forma və müddətlərdə maliyyə vəsaitlərinin hərəkətlərinin uçotunu təşkil edir və hesabatların işlənib hazırlanmasını həyata keçirir;
‐ Avtomatlaşdırılmış əməliyyat sisteminin (ERP) qurulması və təkmilləşdirilməsi proseslərində iştirak edir;
‐ Cəmiyyətin maliyyə risklərini təhlil edir , mütamadi olaraq hesabtlar hazırlayıb Rəhbərliyə təqdim edir.
- Portfelin analizinin aparılması
- Daxili maliyyə auditinin aparılması
- Yeni proqram təminatlarının implementasiyası
- Vergi və audit yoxlamaları zamanı məlumatların düzgün və dolğun formada təqdim edilməsi

İş şəraiti:

- 6 günlük iş həftəsi,
- iş vaxtı: saat-09:00-18:00
Təminatlar: ‐ Nahar, Yanacaq limiti, rabitə limiti, şirkət tərəfindən qarşılanır.

Aşağıdaki rubrikalarda vakansiyalara baxmaq:

Bakıda və Azərbaycanda iş elanları saytı AZ | RU

İş axtarıram
İşçi axtarıram
    İş axtaranın qeydiyyatı

    «Qeydiyyat» düyməsini basaraq siz bu kecid üzrə təqdim edilmiş istifadəçi şərtlərini qəbul edirsiniz.