Əmək haqqı müsahibə nəticəsi əsasında Azərbaycan:
 · Sumqayıt

обновлена: 20 iyul

Təcrübə
от 3 il
Qrafik
Tam iş günü
Təhsil
Ali
İşəgötürənin kontaktları

bütün kontaktları görmək üçün

Bu vakansiyanı itirməmək üçün onu seçilmişə əlavə edin

İş ünvanı: Sumqayıt şəhəri, 6-cı mkr-nun şimal - şərqində dənizsahili ərazidə inşa edilən yaşayış və istirahət kompleksinin tikinti sahəsi
Müsahibə ünvanı: Bakı ş, K.Səfərəliyeva 62

İş icraçısı

Bu vakansiya işədüzəltmə şirkəti tərəfindən dərc olunub.
Işədüzəltmə şirkətinin xidmətləri ödənişsizdir.

İşəgötürən: 6-cı Mərtəbə (4 vakansiya)

K.Səfərəliyeva 62

Tələblər:

-Dil bilikləri: Azərbaycan dili -əla, rus,ingilis -kafi
-Komputer bilikləri-word,excel,autoCAD,outlook və.s

Vəzifələr:

• Sahənin istehsal-təsərrüfat fəaliyyətinə rəhbərlik edir. Obyektlərin müəyyən edilmiş vaxtda istismara verilməsi üzrə tapşırıqların, eləcədə tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin bütün kəmiyyət və keyfiyyət göstəriciləri üzrə yerinə yetirilməsini təmin edir
• Tikinti-quraşdırma işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texnik şərtlərə, texnoloji xəritələr, əmək proseslərinin xəritələrinə və digər normativ sənədlərə uyğun təşkil edir.
• Sahədə tikinti-quraşdırma işlərinin texnoloji ardıcıllıqla aparılmasını təmin edir.
• İşlərin kompleks mexanikləşdirmə səviyyəsinin yüksəldilməsi, yeni texnika və əməyin elmi təşkilinin tətbiqi, əmək məhsuldarlığının yüksəldilməsi üçün ehtiyatlardan istifadə edilməsi, tikinti-quraşdırma və buraxılmış-sazlama işlərinin dəyərinin azaldılması, materiallardan və əmək haqqı fondlarından qənaətlə istifadə edilməsi üzrə tədbirləri yerinə yetirir. Əməyin qabaqcıl üsul və metodlarının yayılması üzrə iş aparır,
• Tikinti obyektləri üçün texniki sənədin alınmasını və saxlanmasını təmin edir.
• İnşaat maşınlarına: nəqliyyat, mexanizasiya vasitələrinə, materiallara, detallara, alətlərə, əşyalara sifarişlər tərtib edir və onların səmərəli istifadəsini qəmin edir.
• İşlərin istehsalat layihəsinə uyğun işlərin yerinə yetirilməsini təmin edir. İşlərin icrası üzrə jurnal və yerinə yetirilmiş işlərin uçotu üzrə sənədləri hazırlayır. Üstü örtülü işlərə aid aktları tərtib edir və texniki icra sənədlərini hazırlayır.
• İnşası başa çatmış obyektlərin, eləcə də tikililərin obyektlər üzrə ayrı-ayrı hazır mərhələ iş komplekslərinin sifarişçiyə təhvil verilməsində iştirak edir.
• Subpodrat (xüsusiləşdirilmiş) təşkilatları işə cəlb etmək üçün, obyektlərin təhvil alınmasında iştirak edir. Mühafizə olunan zonalarda işlərin istehsalına icazə verən buraxılışları tərtib edir. Tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin həcmini, əmək məhsuldarlığı və əmək haqqın fondu ustalara, icrası nəzərdə tutulan, tapşırıqları müəyyən edir və onların icrasına nəzarət edir. İş yerlərinin attestasiyasını aparan komissiyanın işində iştirak edir.
• Fəhlələri, işin təhlükəsizlik yerinə yetirilməsi metodları ilə tanış edir, bilavasitə iş yerlərində onları təlimatlandırır və bu barədə fəhlələrin təlimat keçməsi üzrə xüsusi jurnalda qeydlər aparır. Texnoloji ləvazimatların (taxta-şalban, ayaqaltılar, qoruyucu qurğular, bünövrə çalaları və xəndək divarlarının bərkitmələri, dayaq konduktor və digər qurğular) tikinti maşınları, enerji qurğuları, nəqliyyat vasitələri və işçilərin qoruyucu vasitələrinin təyinatına uyğun istifadə edilməsini təmin edir.
• Ağır yüklərin daşınmasında normalara riayət edilməsini, iş yerlərinin təhlükəsizlik nişanları, xəbərdaredici yazılar və plakatlarla təmin olunmasına nəzarət edir.
• İş yerlərinə, sanitar-məişət otaqlarına, sahənin ərazisinə kənar adamların daxil olmasına icazə vermir. İş yerlərində, keçid və magistrala çıxan ;yollarda təmizliyə və qayda-qanuna riayət edilməsinə, kranaltı yolların düzgün saxlanılmasına və istismar edilməsinə nəzarət edir,
• Obyektyanı anbar təsərrüfatında qiymətli materialların qorunmasın təşkil edir. Hər gün işə başlamazdan əvvəl, təhlükəsizlik texnikasının vəziyyətini yoxlayır və aşkar olunmuş nöqsanların aradan götürülməsi üçün tədbirlər görür, müntəzəm olaraq fəhlələrlə təhlükəsizlik texnikası və istehsalat sanitariyası qaydalarının pozulmasının araşdırmaları haqqında söhbətlər aparır.
• Fəhlələrin əmək mühafizəsi təlimatlarına əməl etməsinə nəzarət edir. Fərqlənən işçiləri mükafatlandırmaq, istehsalat və əmək intizamını pozanlara qarşı isə intizam töhmətlərinin verilməsi haqqında təkliflərlə təqdim edir. Səmərələşdiricilərə lazımi kömək göstərir. Kollektivdə tərbiyəvi iş aparır. Fəhlələrin ixtisas artmasını təşkil edir.

İş şəraiti:

-AR-nın Əmək Məcəlləsinə əsasən sənədləşmə
-Həftədə 6 iş günü,
-İş yeri-Sumqayıt şəhəri, 6-cı mkr-nun şimal - şərqində dənizsahili ərazidə inşa edilən yaşayış və istirahət kompleksinin tikinti sahəsi

Aşağıdaki rubrikalarda vakansiyalara baxmaq:

Bakıda və Azərbaycanda iş elanları saytı AZ | RU

İş axtarıram
İşçi axtarıram
    İş axtaranın qeydiyyatı

    «Qeydiyyat» düyməsini basaraq siz bu kecid üzrə təqdim edilmiş istifadəçi şərtlərini qəbul edirsiniz.