1 000 AZN-dən Azərbaycan:
 · Bakı

обновлена: 31 iyul

Təcrübə
от 5 il
Qrafik
Tam iş günü
Təhsil
Ali
İşəgötürənin kontaktları

bütün kontaktları görmək üçün

Bu vakansiyanı itirməmək üçün onu seçilmişə əlavə edin

Satış üzrə bölgə müdiri

İşəgötürən: Global Trading Company MMC (1 vakansiya)

Ə.Qayibov küç

Oxşar vakansiyalar

Tələblər:

• Ali təhsil;
• Qida və qeyri-qida satışının təşkili sahəsində 5 (beş) il iş təcrübəsi;
• Yaş həddi: 35-50;
• Cinsi: kişi
• Şəxsi avtomobil

Vəzifələr:

• İşçi aşağıdakı əmək funksiyasının icrasını öhdəsinə götürür:
• Regionlar və bölgələr üzrə satışın təşkili və təkmilləşdirilməsini həyata keçirir. İqtisadi anlayış, satışın nəzəriyyə və operativ metodlarının təkmilləşdirilməsi və inkişafı üzrə tədqiqatlar aparır;
• Şirkətin məhsullarının satışının təşkili üçün region və bölgələrdə distribütorlarla işləri təşkil edir. İşəgötürənin ona həvalə edilmiş səlahiyyətlərindən irəli gələn işləri yerinə yetirir;
• Satış-kommersiya prosesinin səmərəli təşkilini və satılan mallara alıcı tələbinin öyrənilməsini təşkil edir;
• Regionlar və bölgələr üzrə satış fəaliyyətini alıcılara yüksək mədəni xidmət edilməsinə, gəlirliyin artırılmasına yönəldir. Tələbin və bazarın konyukturasının öyrənilməisni, malların alınması üçün müqavilələrin bağlanılmasını, sifarişlərin yığılmasını təşkil edir;
• Malların satışına nəzarət edir, müqavilə öhdəliklərinə əməl olunmadıqda mal alanlara qarşı iddalar qaldırır, malların satılmasına, operativ-ticarət texnologiyasına əməl olunmasına, alıcılara satışda olan mallar barəsində məlumat verilməsinə nəzarət edir, alıcı axınından asılı olaraq işçilərin operativ qaydada bölgələr üzrə yerlərinin dəyişdirilməsini həyata keçirir;
• Satış fəaliyyətinin nəticələrini təhlil edir, satışda müəyyən olunmuş mal çeşidlərinin mövcudluğuna, ticarət qaydalarına əməl olunmasına nəzarət edir, alıcılara xidmət göstərilməsində iştirak edir. Bölmənin işini əlaqələndirir;
• Rəhbərlik tərəfindən müəyyən edilmiş aylıq satış kvotalarına və satış proqnozlarına əsasən bölgələrdə və ərazilərdə satış hədəflərini təmin edir;
• İqtisadi dəyişiklikləri, tendensiyaları, rəqibləri, qiymət siyasətini, mal çeşidklərini və tələbləri nəzərə alaraq cari balansı saxlayır;
• Müştərilər ilə bağlanan müqavilələrin hazırlanmasında iştirak edir, müdriyyətə tələb olunan hesabatları təqdim edir;
• Xüsusi müştərilərlə mütəmadi olaraq əlaqə saxlayır, danışıqlar aparır;
• Satış departamenti üzrə işə qəbul müsahibələrində iştirak edir;
• Aylıq satış hədəflərinin müəyyən edilməsində şirkətin rəhbərliyi ilə müzakirələr aparır;
• Satış həcminin artırılması, müştəri bazasının saxlanması və genişlənməsi istiqamətində strateji təkliflər irəli sürür və həyata kçirilməsini təmin edir;
• Satış şərtlərinin və güzəştlərinin düzgün icrasını yerinə yetirir;
• Çalışdığı bölgələr üzrə ticarət nöqtələrində distribüsiyanın (bütün mal çeşidlərinin ticarət nöqtələrində mövcudluğu) həyata keçirilməsini təmin edir, ümumi prosesə nəzarət edir, yoxlamalar aparır, çatışmamazlıqları aradan qaldırır;
• Müqavilələrin şərtlərinə əsasən distribütorlar tərəfindən vaxtlı-vaxtında ödənişlərin olunmasına nəzarət edir. Ehtiyac olduğu təqdirdə müəyyən olunmuş qaydaya uyğun olaraq regionlardakı distribütorlardan pul vəsaitlərini alır və onların qorunmasını təmin edərək müəssisənin aidiyyatı qurumuna çatdırır;

• Müştəriləri analiz edir, onları mal dövriyyəsinə görə qruplara bölür, müştərilərə xüsusi ticari şərtlər təklif edir;
• Malların satışı qaydalarına əməl olunmasına, qiymətlərin düzgün tətbiq olunmasına nəzarət edir. Alıcıların şikayətlərinə baxır və onlar üzrə qərarlar qəbul edir. Əməyin təşkilinin və malların satış metodlarının mütərəqqi formalarının tətbiqini, alıcılara əlavə xidmətlərin göstərilməsini təmin edir.
• Regionlarda və bölgələrdə mövcud olan nöqtələrində aylıq yoxlamalar aparır, yoxlamanın nəticələrini hesabat formasında müəssisənin direktoruna təqdim edir;
• Qoyulan hədəflərin yerinə yetirilməsi üzrə aylıq hesabat hazırlayır;

İş şəraiti:

• iş vaxtı: tam iş günü;
• iş yeri: Bakı və regionlar

Aşağıdaki rubrikalarda vakansiyalara baxmaq:

Bakıda və Azərbaycanda iş elanları saytı AZ | RU

İş axtarıram
İşçi axtarıram
    İş axtaranın qeydiyyatı

    «Qeydiyyat» düyməsini basaraq siz bu kecid üzrə təqdim edilmiş istifadəçi şərtlərini qəbul edirsiniz.