Əmək haqqı müsahibə nəticəsi əsasında Azərbaycan:
 · Bakı

yenilənib: 29 yanvar

Təcrübə
от 3 il
Qrafik
Tam iş günü
Təhsil
Ali
İşəgötürənin kontaktları

bütün kontaktları görmək üçün

Bu vakansiyanı itirməmək üçün onu seçilmişə əlavə edin

İş ünvanı: Bakı şəh, H.Zərdabi küç 96
İctimai Səhiyyə və İslahatlar Mərkəzi

Şöbə müdiri

rəhbərlər
 

İşəgötürən: İctimai Səhiyyə və İslahatlar Mərkəzi (5 vakansiya)

Азербайджан, AZ1122, Баку, улица Гасан бек Зердаби, 96

Tələblər:

Dil üzrə bilik səviyyəsi - Azərbaycan dilində səlis sənəd yazma bacarıqları (rus və ingilis dilində bilənlərə və bu dillərdə sənəd yazma bacarıqları olanlara üstünlük verilir)

Kompüter üzrə bilik səviyyəsi - Kompüterdə MS office (Word, Excel, Power Point), MS Outlook CSPro, SPSS proqramları üzrə sərbəst istifadə bacarıqları

Xüsusi bacarıqları – Komandada işləmə qabiliyyəti olmalı, idarəçiliyi yaxşı bilməli, təşkilatçılıq, kreativlik və analitik bacarıqları, özünə və işçilərə qarşı tələbkar olmalı, fəal və təşəbbüskar olmalı, kommunikasiya və qrup işləri bacarıqları və ezamiyyətə çıxmaq imkanları olmalı, özünü və işçiləri təkmilləşdirməyə meylli olmalı, ictimai səhiyyəyə dair layihə təkliflərini irəli sürmək, hazırlamaq, həyata keçirmək bacarıqları olmalıdır.

Vəzifələr:

Səhiyyə sektorunun fəaliyyətinin təhlili və qiymətləndirilməsi, bu məqsədlə lazımi tədqiqat və araşdırılmaların keçirilməsi. Əhalinin sağlamlığının monitorinqi əsasında mövcud aktual problemlərin müəyyən edilməsi və analitik təhlili. İslahatların və təkmilləşdirilmənin prioritet istiqamətlərinin müəyyən edilməsi və səhiyyə sektorunda dövlətin siyasətinin formalaşdırılması. Səhiyyə sahəsində aparılan islahatlar üzrə təkliflərin, metodik sənədlərin, strategiya və proqramların hazırlanması və həyata keçirilməsi. Digər şöbələrin işinin təşkilində (prioritetlərin, istiqamətlərin müəyyən edilməsi) aidiyyətı tövsiyələrin verilməsi. Səhiyyədə həyata keçirilən beynəlxalq layihə və milli proqramlarda iştirak edilməsi. İctimai sağlamlıq sahəsində siyasi sənədlərin, tövsiyələrin, layihə təkliflərinin hazırlanması, büdcə və smetaların hesablanması, beynəlxalq sənədlərin üzərində işlənilməsi. Təqdimat və çıxış etmə, səhiyyə siyasəti ilə bağlı beynəlxalq sənədlərin öyrənilməsi, beynəlxalq sorğu və məktublara cavab vermə, müsahibə vermə, şöbənin işi ilə bağlı bütün texniki və gündəlik işlərin idarə edilməsi.

İş şəraiti:

- AR Əmək məcəlləsinə əsasən sənədləşmə
- Şənbə və bazar günlərindən başqa hər gün saat 9-dan 17-30-dək.

Aşağıdaki rubrikalarda vakansiyalara baxmaq:

Bakıda və Azərbaycanda iş elanları saytı AZ | RU

İş axtarıram
İşçi axtarıram
    İş axtaranın qeydiyyatı

    «Qeydiyyat» düyməsini basaraq siz bu kecid üzrə təqdim edilmiş istifadəçi şərtlərini qəbul edirsiniz.