500 AZN Azərbaycan:
 · Sumqayıt

yenilənib: 12 sentyabr

Təcrübə
от 3 il
Qrafik
Tam iş günü
Təhsil
Orta-ixtisas
İşəgötürənin kontaktları

bütün kontaktları görmək üçün

Bu vakansiyanı itirməmək üçün onu seçilmişə əlavə edin

İş ünvanı: Sumqayıt şəhəri, İnşaatçılar küç.59

Qaynaqçı-çilingər

İşəgötürən: "Sum Metal" MMC (3 vakansiya)

Sumqayıt şəhəri, İnşaatçılar küçəsi 59.

Oxşar vakansiyalar

Tələblər:

• Orta-texniki təhsil;
• Müvafiq sertifikasiyaya arzuolunandır;
• Analoji sahədə ən azı 3-5 il iş təcrübəsi;
• Azərbaycan dilini sərbəst bilməli;
• Metal konstruksiyaların baza detal və qovşaqlarını qurmaq üçün
yerlərin nişanlanma üsullarını ;
• Qaz kəsicisi və elektrik qaynaq aparatı ilə işləmə qaydalarını;
• Sifariş edilən metal məmulatlarının sxem əsasında kəsib qaynaq
etmək, eləcə də mürəkkəb metal konstruksiya qovşaqlarını
yığımaq sahəsində nəzəri və təcrübi səriştəyə mailk olmalı;

Vəzifələr:

- Konstruksion poladlardan, əlvan metal və ərintilərdən olan sadə detal, qovşaq və konstruksiyaların, karbonlu poladlardan orta mürəkkəbli detal, qovşaq, konstruksiya və boru kəmərlərinin, tikişin bütün vəziyyətlərində, tavan tikişindən başqa, əl ilə qövsü, plazma, qazla qaynaq, avtomat və yarımavtomat qaynaq edilməsi;
- Karbonlu və legirlənmiş poladlardan, əlvan metal və ərintilərdən metalın müxtəlif vəziyyətlərində sadə və orta mürəkkəbli detalların nişanlar üzrə əl ilə keçirici, stasionar və plazmakəsici maşınlarda, qaynaq tikişlərin bütün vəziyyətlərində, oksigen plazma düz xətt və əyri xətt kəsilməsi;
- Əlvan metalların tullantılarını ayırmaqla və maşınların qövşaq və hissələrini saxlamaq, yaxud kəsməklə verilmiş ölçülərdə əl ilə oksigen kəsilməsi və benzin-kəsici, neft-kəsici aparatlarla kəsilməsi; - Müxtəlif poladlardan, çuqun, əlvan metal və ərintilərdən sadə və orta mürəkkəbli detalların müxtəlif vəziyyətlərdə əl ilə qövsü hava ilə yonulması;
- Orta mürəkkəbli detal, qövşaq və tökmələrdə çat və boşluqların əridilib lehimlənməsi;
- Verilmiş rejimə əməl etməklə detalların qaynaq edilməsi zamanı qabaqcadan və əlavə qızdırılması;
- Orta mürəkkəb detal, qovşaq və konstruksiyaların çertyojlarının oxunması;
- Çertyojlara və eskizlərə əsasən universal alətlər tətbiq etməklə orta mürəkkəbli metal konstruksiya qovşaqlarının, habelə universal-yığma və xüsusi alətlər və şablonlar tətbiq etməklə mürəkkəb metal konstruksiya qovşaqlarının yığılması;
- Metal konstruksiyaların sadə baza detallarını və qovşaqlarını qurmaq üçün yerlərin nişanlanması;
-Təzyiq altında işləyən orta mürəkkəbli metal konstruksiya qovşaqlarının hidravik və pnevmanik sınanması.

İş şəraiti:

- 6 günlük iş həftəsi, istirahət- bazar günü
- İş saatı 08.00-17.00
- Nahar vaxtı 12.00-13.00
- İş yeri Sumqayıt şəhəri ərazisindədir
- Əmək müqaviləsi 6 aylıq müddətə nəzərdə tutulur.
Bakıda və Azərbaycanda iş elanları saytı AZ | RU

İş axtarıram
İşçi axtarıram
    İş axtaranın qeydiyyatı

    «Qeydiyyat» düyməsini basaraq siz bu kecid üzrə təqdim edilmiş istifadəçi şərtlərini qəbul edirsiniz.