Əmək haqqı müsahibə nəticəsi əsasında Azərbaycan:
 · Bakı

yenilənib: 28 avqust

Təcrübə
от 5 il
Qrafik
Tam iş günü
Təhsil
Ali
İşəgötürənin kontaktları

bütün kontaktları görmək üçün

Bu vakansiyanı itirməmək üçün onu seçilmişə əlavə edin

İş ünvanı: Luxen plaza
"Mətanət A"

Aqronom

İşəgötürən: "Mətanət A" (6 vakansiya)

Masazır 2, AZ0123 Abşeron, Azərbaycan

Oxşar vakansiyalar

  • Əmək haqqı
    müsahibə əsasında
    Aqronom Gardens MMC

Tələblər:

Kənd təsərrüfatı sahəsi üzrə ali, və ya orta ixtisas təhsilli;
Mövcud sahə üzrə minimum 5 il iş təcrübəsi;
Toxum, bitki, gübrə, bitki xəstəlikləri, böcək zəhərləri haqqında məlumatlı olmalı;
Zərərli ot və həşaratlara qarşı mübarizə metodlarnı müəyyən edə bilməli;
Məhsuldarlığı və keyfiyyəti artırmanın yollarını bilməli;
İşgüzar, məsuliyyətli, dürüst, diqqətli və ünsiyyətcil olmalı.


Qeyd:

İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər

Vəzifələr:

Bağ və əkin sahəsində aqrotexniki tədbirlərin görülməsi;
Kənd təsərrüfatı sahəsində olan zərərverici həşəratlara və alaqlara qarşı kimyəvi maddələrdən (funqusit, inseksit və herbisitlər) istifadə etmək;
Toxum çeşidləri haqqında məlumatlı olmaq, torpaq və hava temperaturuna uyğun olaraq toxum çeşidi və səpin müddətini müəyyən etmək;
Aqro-texniki tədbirləri həyata keçirmək, alaq otlarının təmizlənməsi, suvarma işlərinin təmini və su itkisinin azaltmaq;
Torpağın vaxtında əkinə hazırlanması,məhsulun becərilməsi və yığılmasını təmin etmək;
Torpağın kimyəvi analizi, bitkinin inkişaf fazasına uyğun yemləmə rasionlarını (gübrələmə, mineralların verilməsi vs.) müəyyən etmək;
Bitkinin bioloji yetişkənlik dövrünü müəyyən etmək, xəstəlik və zərər vericilərə qarşı kimyəvi və mexaniki mübarizə tədbirləri görmək;
Bitkinin veqetativ inkişafına uyğun kultivasiya (bəsləmə) və yemləmə təyini qaydalarına əməl etmək;
Kənd təsərrüfatına yararlı sahələrdən, işçi qüvvəsindən və texnikadan səmərəli istifadə üçün müəyyən əməyin düzgün təşkili, iş normalarını yerinə yetirmək;
Xəstəliklər və ziyanvericilərə qarşı mübarizənin aparılması;
Növbəli əkin sistemi tətbiq etmək, əkindən öncə seçilən torpağın hər hektarına düşən məhsuldarlıq normasını müəyyən etmək, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltmək, torpağın münbitliyini artırmaq üçün lazımi tədbirlər görmək;

İş şəraiti:

AR Əmək Məcəlləsinə uyğun sənədləşmə
İş saatı: 09-00-dan 18-00-dək
İş günü: Həftənin 5 günü
Bakıda və Azərbaycanda iş elanları saytı AZ | RU

İş axtarıram
İşçi axtarıram
    İş axtaranın qeydiyyatı

    «Qeydiyyat» düyməsini basaraq siz bu kecid üzrə təqdim edilmiş istifadəçi şərtlərini qəbul edirsiniz.