Əmək haqqı müsahibə nəticəsi əsasında Azərbaycan:
 · Bakı

yenilənib: 28 avqust

Təcrübə
от 3 il
Qrafik
Tam iş günü
Təhsil
Ali
İşəgötürənin kontaktları

bütün kontaktları görmək üçün

Bu vakansiyanı itirməmək üçün onu seçilmişə əlavə edin

İş ünvanı: Masazır qəsəbəsi
Müsahibə ünvanı: Luxen Plaza 12-ci mərtəbə
"Mətanət A"

Baş mexanik

İşəgötürən: "Mətanət A" (6 vakansiya)

Masazır 2, AZ0123 Abşeron, Azərbaycan

Tələblər:

Təhsil: Ali
Yaş həddi: 25-45
Kompüter biliyi: Ofis proqramlarında işləmə bacarıqlı
Dillər: Rus biliyi arzu olunandır

Şəxsi keyfiyyətləri:
Fikrini izah etmək qabiliyətli;
Ünsiyyət yaratmaq bacarıqlı;
Fəal olması;
İşə planlı yanaşması.

Qeyd:

İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər

Vəzifələr:

Müəssisədə olan mexaniki avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə çalışmasını, saxlanılmasını təmin etmək;
Mexaniki avadanlıqların vaxtı-vaxtında təmirini və düzgün texniki istismarını təşkil etmək;
İstehsal qurğu və avadanlıqlara mütamadi baxış, sınaq və profilaktik təmir işlərinin icrasını həyata keçirmək, istehsalatın texniki hazırlığını təmin etmək;
Təmir işləri üçün ehtiyat hissə bazası yaratmaq ;
Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasına, təmirin keçirilməsinə, smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsinə rəhbərlik etmək;
Həyata keçirilən təmir bərpa işlərinin vaxtında və keyfiyyətlə həyata keçirilməsini, avadanlığın modernləşdirilməsi, dəzgah və qurğuların vəziyyətinə texniki nəzarəti təşkil etmək;
Yeni avadanlıqların, qurğuların quraşdırılması və yeni texnikaların mənimsənilməsi;
Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsi;
Avadanlıqlar, dəzgahlar və qurğular üzrə metodiki, normativ aktlar hazırlamaq.

İş şəraiti:

AR Əmək Məcəlləsinə uyğun sənədləşmə
6 günlük iş qrafiki
Şənbə günü saat 09:00-dan 13:00-a dək
Bakıda və Azərbaycanda iş elanları saytı AZ | RU

İş axtarıram
İşçi axtarıram
    İş axtaranın qeydiyyatı

    «Qeydiyyat» düyməsini basaraq siz bu kecid üzrə təqdim edilmiş istifadəçi şərtlərini qəbul edirsiniz.