Əmək haqqı müsahibə nəticəsi əsasında Azərbaycan:
 · Qazax

yenilənib: 28 avqust

Təcrübə
от 5 il
Qrafik
Sərbəst qrafik
Təhsil
Ali
İşəgötürənin kontaktları

bütün kontaktları görmək üçün

Bu vakansiyanı itirməmək üçün onu seçilmişə əlavə edin

İş ünvanı: Qazax rayonu.,Daşsalahlı kəndi
Müsahibə ünvanı: Luxen Plaza 12-ci mərtəbə
"Mətanət A"

Baş mühəndis (Qazax)

rəhbərlər
 

İşəgötürən: "Mətanət A" (8 vakansiya)

Masazır 2, AZ0123 Abşeron, Azərbaycan

Tələblər:

Yaş həddi: 35-50;
Kompüter biliyi: MS Office proqramları;
Dillər: Azərbaycan dili (ingilis dili və rus dilini bilməsi arzuolunandır)
Şəxsi keyfiyyətləri:
Liderlik;
İşə planlı yanaşma;
Fikrini izah etmək qabliyyəti;
Ünsiyyət yaratmaq bacarığı;
Analitik düşünmə qabiliyyəti;
Fəallıq.

Əlavə tələblər:
Analitik düşünmə və analiz qabiliyyətinin olması, işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur.

Qeyd:

İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər

Vəzifələr:

İstehsalat prosesinin texniki dəstəyini təşkil edir, bazar şəraitində istehsalın inkişaf yolları və perspektivlərini nizama salır;
Layihələrin texniki, iqtisadi hesablanması və yoxlanması, onların icrasına nəzarət edir;
Şirkətin bölmələrində təmir və baxım işləri üzrə sifarişlərin qəbulu və onların icrasına nəzarət edir;
Şirkətin bölmələrində texniki işlər, sənədləşmə və yazışmaların koordinasiyasını həyata keçirir;
Texniki işçilər arasında vəzifə və iş bölgüsünü aparırır;
Texniki sənədlərin ekspertizası, avadanlığın vəziyyəti və istismarına nəzarət edir, daxili ehtiyatları üzə çıxarır, avadanlıqların işində olan çatışmazlıq və nasazlığın səbəblərini müəyyən edir, onların aradan qaldırılması tədbirlərini həyata keçirir;
Təmiz su təchizatına, elektrik təchizatına, havalandırma sisteminə (isitmə, soyutma, sovurma), yanğınsöndürmə sisteminə, istehsalat avadanlığına və s. ümumi nəzarət edir;
Texniki işçilərin ixtisaslaşdırılması, istehsalın gəlirliliyinin artımı üçün təşəbbüs edir;
İstehsal prosesləri, təmir işləri, istehsal xətləri və avadanlığın saz vəziyyətdə olmasına nəzarət edir;
Yanğına qarşı təhlükəsizlik qaydalarının norma və tələblərinə, əməyin qorunması, sanitar normalar və istehsalatda intizam qaydalarına riayət edilməsinə nəzarət edir;
Bütün texniki xidmətlər və şirkətin istehsal fəaliyyətinə nəzarət edir;
Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirir;
Rəhbərliyə dövri hesabat verir.

İş şəraiti:

AR Əmək Məcəlləsinə uyğun sənədləşmə
6 günülük iş qrafiki
Bakıda və Azərbaycanda iş elanları saytı AZ | RU

İş axtarıram
İşçi axtarıram
    İş axtaranın qeydiyyatı

    «Qeydiyyat» düyməsini basaraq siz bu kecid üzrə təqdim edilmiş istifadəçi şərtlərini qəbul edirsiniz.