Əmək haqqı müsahibə nəticəsi əsasında Azərbaycan:
 · Bakı

yenilənib: 28 avqust

Təcrübə
от 5 il
Qrafik
Tam iş günü
Təhsil
Ali
İşəgötürənin kontaktları

bütün kontaktları görmək üçün

Bu vakansiyanı itirməmək üçün onu seçilmişə əlavə edin

İş ünvanı: Nəsimi rayonu, Nizami küçəsi 131

Tərbiyəçi

İşəgötürən: KinderVille MMC (3 vakansiya)

Nəsimi rayonu, Nizami küçəsi

Tələblər:

- Uşaqlarla işləmə təcrübəsi;
- hər bir uşağa fərdi yanaşma bacarığı;
- möhkəm sağlamlıq;
- Ali təhsil (pedaqoji təhsil üstünlük təşkil edir);
- Azərbaycan və rus dillərin mükəmməl bilgisi;
- Müasir texniki avadanlıq ilə davranma;
- Ünsiyyətçil, kollektivdə işləmə bacarığı və nizam-intizamlılıq.

Vəzifələr:

- uşaqların ehtiyaclarını müşahidə edir və qiymətləndirir;
- hər bir uşağın tələbləri nəzərə alınmaqla qidalandırılmasını təşkil edir;
- uşaqlarda emosional, sosial inkişaf baxımından yaranan problemlərin əlamətlərini aşkar edir, bu barədə valideynlərə və ya himayədarlara, habelə rəhbərliyə məlumat verir;
- uşaqların təhlükəsiziliyini, şəxsi gigiyenasını təmin edir və onlara nəzarət edir;
- uşaqlara yemək, istirahət, tualet davranışları kimi sağlamlıq və şəxsi davranışlar barədə təlimatlar verir;
- həm açıq havada, həm də qapalı mühitdə uşaqlarla oynayır;
- uşaqlara nağıl və hekayələr oxuyur, onlara sadə rəsmlər çəkməyi, əl işlərini yerinə yetirməyi və mahnı oxumağı öyrədir;
- oyunlar və müxtəlif yerlərə səfərlər kimi istirahət tədbirləri, gəzintilər təşkil edir, həmin tədbirlərdə iştirak edir;
- avadanlıq və materialları hazırlayır, oyuncaqları yoxlayır;
- uşaqların yataq və oyun sahələrinin daim səliqəli olmasına nəzarət edir;
- zəruri halda uşaqlara düzgün tibbi xidmətin göstərilməsini təşkil edir;
- dövri olaraq əsaslı dezinfeksiya və təmizlik işlərinin düzgün yerinə yetirilməsinə nəzarət edir;
- uşaqların ünsiyyət bacarıqlarının aşılanmasını inkişaf etdirir;
- uşaqlarda milli vətənpərvərlik ruhunun oyadılması üçün mütəmadi tədbirlər görür, o cümlədən dərnəklər təşkil edir, onlarda “azərbaycançılıq” məfkurəsinin formalaşdırır;
- fərdi xüsusiyyətlər nəzərə alınmaqla, uşaqlara cəmiyyətdə özünü təqdimetmənin müxtəlif formalarının öyrədilməsini təmin edir;
- müəyyənləşdirilmiş dövlət təhsil standartlarına uyğun olaraq təhsil proqramını (kurikulum) hazırlayır və onu müvafiq qaydada razılaşdırır;
- təhsil proqramının (kurikulum) uşaqların yaşı və fərdi xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməsini təmin edir;
- məktəbəqədər təhsil müəssisəsi ilə bağlı uşaqların ailələri, ictimai təşkilatlar və digər təhsil müəssisələri ilə qarşılıqlı əlaqənin həyata keçirilməsi istiqamətində rəhbərliyə kömək edir;
- daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına, sanitar-epidemioloji rejimə riayət edir;
- Cəmiyyətin rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını peşəkar səviyyədə və vaxtında icra edir.

İş şəraiti:

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Həftədə 5 iş günü (09:00-18:00);
- Yeni və mehriban kollektivdə işləyərək yüksəliş əldə etmə imkanı.
Bakıda və Azərbaycanda iş elanları saytı AZ | RU

İş axtarıram
İşçi axtarıram
    İş axtaranın qeydiyyatı

    «Qeydiyyat» düyməsini basaraq siz bu kecid üzrə təqdim edilmiş istifadəçi şərtlərini qəbul edirsiniz.