1 000 — 1 500 AZN Azərbaycan:
 · Bakı

yenilənib: 3 sentyabr

Təcrübə
от 10 il
Qrafik
Tam iş günü
Təhsil
Ali
İşəgötürənin kontaktları

bütün kontaktları görmək üçün

Bu vakansiyanı itirməmək üçün onu seçilmişə əlavə edin

İş ünvanı: Bakı ş. Ə.Haqverdiyev küç.5b, AZ1141

Baş Mühasib

İşəgötürən: NH Group LLC (2 vakansiya)

A.Hagverdiyev, 5b

Oxşar vakansiyalar

Tələblər:

- Təcrübə: 10 ilə qədər
- Dil bilikləri: Azərbaycan və Rus dilləri mükəmməl, İngilis dili arzuolunandır.
- Yaş həddi: 30-45 yaş
- qanunvericilik aktları, qərarlar, sərəncamlar, əmrlər, əmlakın mühasibat uçotunun təşkili üzrə rəhbər, metodiki və normativ materiallar, vəzifə borcları və təsərrüfat əməliyyatları və hesabatın tərtibini;
- müəssisədə mühasibat uçotunun forma və metodlarını;
- hesablar planı və müxabirləşməsini;
- Mühasibat uçotu üzrə sənədləşmələrin təşkilini;
- Mühasibat uçotu hesablarında əsas vəsaitlər, maddi qiymətlilər və pul vəsaitlərinin hərəkəti ilə əlaqədar əməliyyatların sənədli rəsmiləşdirilməsi və əks olunması qaydasını;
- müəssisənin maliyyə - təsərrüfat fəaliyyətinin iqtisadi təhlil metodunu;
- kompüter texnikasının istismarı qaydalarını;
- əmək və idarəetmənin iqtisadiyyatı, təşkilini;
- təsərrüfatçılığın bazar metodlarını;
- əmək qanunvericiliyini;
- vergi qanunvericiliyini;
- əməyin mühafizəsinin qayda və normalarını;
- 1C 8,3 mühasibat proqramında işləmə bacarığını/nəzəri bilikləri;

Vəzifələr:

- Müəssisə fəaliyyətinin mühasibat uçotunun aparılması üzrə işi yerinə yetirir (əsas vəsaitlər, maddi qiymətlilər, məhsulların realizasiyası, təsərrüfat – maliyyə fəaliyyətinin nəticələri, müştərilər ilə hesablaşmalar, həmçinin göstərilən xidmətlərin və s. uçotu).
- Maliyyə intizamına riayət edilməsi və resursların səmərəli istifadəsinə yönəldilmiş tədbirlərin hazırlanması və həyata keçirilməsində iştirak edir.
- Mühasibat uçotu sənədləşmələrin düzgünlüyünə nəzarət edir.
- Şirkətdə istifadə olunan 1C 8 Mühasibat uçotu proqram təminatında əsas vəsaitlərin, maddi qiymətlilərin və pul vəsaitlərinin hərəkəti ilə əlaqədar əməliyyatları əks etdirir və həmçinin digər sıravi mühasiblər tərəfindən yerinə yetirilmiş işlərə nəzarət edir.
- Xidmətlərin dəyərinin hesabat kalkulyasiyasını tərtib edir, itkilərin yaranma və qeyri – istehsal məsrəflərin mənbələrini aşkar edir, onların qarşısının alınması üzrə təkliflər hazırlayır.
- Büdcə və büdcədən kənar fondlara ödənişlərin edilməsi, həmçinin vəsaitlərin düzgün və səmərəli qaydada istifadə olunmasını həyata keçirir.
- Rəhbərlər, kreditorlar, investorlar, auditorlar və mühasibat hesabatlarının digər istifadəçilərini uçotun düzgün mühasibat məlumatları ilə təmin edir.
- Hesabatların iş planını, təsərrüfat əməliyyatlarının rəsmiləşdirilməsi üçün tətbiq edilən ilkin sənədlərin formasını, habelə daxili Mühasibat hesabatı üçün sənədlərin formasını hazırlayır, hesabatın aparılmasının və Mühasibatlıq məlumatlarının emalı texnologiyasının əsas üsul və vasitələrinin tərkibinin müəyyən edilməsində iştirak edir.
- Mühasibat uçotu və hesabat məlumatları üzrə təsərrüfatdaxili ehtiyatların aşkar edilməsi, qənaət rejiminin və sənədləşmənin təkmilləşdirilməsi üzrə tədbirlərin həyata keçirilməsi məqsədilə müəssisənin maliyyə - təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin aparılmasında, Mühasibat uçotunun mütərəqqi forma və metodlarının hazırlanması və tətbiqində, pul vəsaitləri və maddi qiymətlilərin inventarizasiyasında iştirak edir.
- Mühasibatlıq sənədlərinin qorunması və onların arxivləşdirilməsini həyata keçirir və nəzarət edir.
- Mühasibatlıq informasiyalarının məlumat bazalarının formalaşdırılması, aparılması və saxlanılması üzrə işi icra edir.
- Hesablama texnikasının köməyi ilə həll edilən tapşırıqların yaxud onların ayrı – ayrı mərhələlərinin iqtisadi qoyuluşunun düzgün ifadə edilməsində iştirak edir, iqtisadi informasiyanın işlənməsinin iqtisadi əsaslandırılmış sistemini yaratmağa imkan verən hazır layihələrin, alqoritmlərin, tətbiqi proqramlar paketlərindən istifadə imkanını müəyyən edir.

İş şəraiti:

Tam iş günü.
5 günlük iş rejimi
13.00-14.00 yemək fasiləsi

QEYD: şəkilsiz CV-lərə baxılmayacaq!
Bakıda və Azərbaycanda iş elanları saytı AZ | RU

İş axtarıram
İşçi axtarıram
    İş axtaranın qeydiyyatı

    «Qeydiyyat» düyməsini basaraq siz bu kecid üzrə təqdim edilmiş istifadəçi şərtlərini qəbul edirsiniz.