600 — 700 AZN Azərbaycan:
 · Bakı

yenilənib: 4 sentyabr

Təcrübə
от 5 il
Qrafik
Tam iş günü
Təhsil
Ali
İşəgötürənin kontaktları

bütün kontaktları görmək üçün

Bu vakansiyanı itirməmək üçün onu seçilmişə əlavə edin

İş ünvanı: Bakı şəh., Şıx qəsəbəsi, Səlyan şosesi 12, Grand Park II yaşayış kompleksi

Təchizat üzrə mütəxəssis

İşəgötürən: Azplast MMC (6 vakansiya)

AZ1026, г. Баку Сальянское шоссе ,Гранд Парк II

Oxşar vakansiyalar

Tələblər:

Dil bilikləri - Azərbaycan-əla, Rus, ingilis -yaxshi;
Kompyuter bilikləri: ofis proqramları (word, exel) mükəmməl bilməli;
Cins: kişi
Yaş- 30-40

Vəzifələr:

 Effektiv tədarük prosesindən istifadə etmək, habelə mallar və xidmətlər üçün ən rəqabətə davamlı qiymətləri əldə etməklə, otelin xərclərinin minimuma endirilməsini təmin etmək. Bu məsələyə Təchizat üzrə menecerinin verdiyi təlimatla nail olmaq.
 Şöbələr çərçivəsində tədarüklə bağlı daxili nəzarət siyasəti və prosedurlarını təmin etmək.
 Təchizat şöbəsinin Menecerinə şöbələrin material və qeyri-material ehtiyatlarının istehlakı ilə bağlı nəzərdə tutulmayan və ya gözlənilməz xərclər haqqında məlumat vermək və belə xərcləri minimuma endirmək üçün məhsulların təchizatı üçün alternativ mənbələr daxil olmaqla, müvafiq tədbirlərin görülməsini tövsiyə etmək.
 Müxtəlif şöbə rəhbərlərindən verilən məhsullara dair bütün texniki spesifikasiyaların koordinasiyasında köməklik göstərmək və tədarük siyahıları ilə onların sənədlərini aparmaq. Tədarük spesifikasiyalarının tərtib edilməsinə kömək etmək.
 Təchizat şöbəsinin bütün bölmələri ilə tanış olmaq və kompyuterdən istifadə etmək.
 Anbarda saxlanılan məhsullar üçün müəyyən kompyuter məlumatlarının yaradılması və qorunub saxlanılmasına kömək etmək:
 Material ehtiyatları, nominal anbarlar, təkrar sifariş məntəqələri, standart sorğu adları, tədarük siyahısı, eləcə də alış sifarişləri, ölçü vahidləri və anbarda saxlanılan bütün mallar üçün material vəsaitlərin ümumi miqdarı.
 Təchizat üzrə meneceri tərəfindən tələb olunduqda, təchizatçının nümayəndələri ilə müsahibələr keçirmək və hər hansı tələb edilən məmulata dair spesifikasiyalar və qiymət təkliflərini əldə etmək. Bütün yazışmaları, danışıqları və təchizat prosesini otel üçün ən sərfəli olan yollarla aparmaq.
 Təchizat üzrə meneceri tərəfindən verilən təlimata əsasən sifarişlər vermək və tədarük prosesində iştirak etmək.
 Təchizat şöbəsinin bütün xərclərindən xəbərdar olmaq və onlara nəzarət etmək üçün müvafiq tədbirlər tövsiyə etmək.
 Malların qəbulu prosesinin müvafiq qaydada həyata keçirilməsini təmin etmək üçün bütün əməliyyat və nəzarət prosedurlarını həyata keçirmək.
 Şöbənin müvafiq texniki təminatını təmin etmək üçün təmir və texniki xidmət üzrə iş sifarişlərini təqdim etmək.
 Aylıq qaydada anbar avadanlıqlarının inventarlaşdırılmasını həyata keçirmək.

İş şəraiti:

AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
5 günlük iş norması (09:00- 17:00);
Nahar və nəqliyyat ilə təmin olunma

Aşağıdaki rubrikalarda vakansiyalara baxmaq:

Bakıda və Azərbaycanda iş elanları saytı AZ | RU

İş axtarıram
İşçi axtarıram
    İş axtaranın qeydiyyatı

    «Qeydiyyat» düyməsini basaraq siz bu kecid üzrə təqdim edilmiş istifadəçi şərtlərini qəbul edirsiniz.