Əmək haqqı müsahibə nəticəsi əsasında Azərbaycan:
 · Bakı

yenilənib: 9 oktyabr

İşəgötürənin kontaktları

bütün kontaktları görmək üçün

Bu vakansiyanı itirməmək üçün onu seçilmişə əlavə edin

İş ünvanı: Qurban Xalilov küç. ev 8

Texniki işçi

İşəgötürən: "AMAK" MMC (2 vakansiya)

Qurban Xəlilov küç. 8 Wellington Heights, blok A

Tələblər:

• Ali və ya orta təhsil və ya texniki təhsil arzu olunandır;
• 19-35 yaş arası;
• Hərbi xidməti olan və ya ehtiyyatda olan;
• Avtomatlaşdırılmış texnologiyanı tez bir zamanda idarə etmək bacarığı;
• Namizəd mühəndislik, avtomobil, sxem və diaqnostikaya maraq göstərməlidir;
• Müntəzəm texniki təlim keçməyə hazır olmalıdır;
• Sürücülük lisenziyası Kateqoriya B, C arzu olunandır;
• Dillər - Azərbaycan; Rus dili arzu olunandır.

Vəzifələr:

• Yaranan kiçik mexaniki nasazlıqları aşkarlamaq, təmir etmək və ya ehtiyac olarsa, avtomobilin servis mərkəzinə aparılmasını təşkil etməklə yolda qalmış AMAK üzvünə təcili yol yardımı xidməti göstərmək;
• Yolda təmir mümkün olmadığı halda, avtomobil üçün evakuator çağırılmasını təşkil etmək;
• Akkumlyatoru doldurmaq;
• Təkərləri dəyişmək;
• Ehtiyat yanacaq çatdırmaq və doldurmaq;
• Kiçik elektrik problemlərini həll etmək;
• Təcili olarsa yaralanmış sürücüyə ilk yardım göstərmək;
• Baş mexanik tərəfindən onlara verilən işlərin nəticələri barəsində hesabat vermək;
• AMAK-ın bütün iş və təhlükəsizlik təlimatlarına riayət etmək;
• Yol hərəkəti təhlükəsizliyi və nəqliyyat qaydalarına riayət etmək;
• Baş mexanik tərəfindən qoyulan həftəlik və aylıq məqsədlərə şəxsi və komanda şəklində nail olmaq;
• Bütün təyin olunmuş treyninqlərdə və görüşlərdə iştirak etmək;
• Üzvlərə və müştərilərə xidmət göstərərkən mehriban, peşəkar, etik və qanuna və təlimatlara uyğun şəkildə davranmaq;
• Təyin olunmuş digər vəzifələr;
• Baş Mexanikə hesabat vermək.

İş şəraiti:

• Metronun yaxınliğında
• Növbəli iş grafiki
Bakıda və Azərbaycanda iş elanları saytı AZ | RU

İş axtarıram
İşçi axtarıram
    İş axtaranın qeydiyyatı

    «Qeydiyyat» düyməsini basaraq siz bu kecid üzrə təqdim edilmiş istifadəçi şərtlərini qəbul edirsiniz.