Prosys MMC

Prosys MMC

Сайт: http://prosys.az

Keyfiyyət, etibarlılıq və xidmət səviyyəsinin yüksəldilməsi şirkətimizin əsas meyarlarındandır.
2010-cu ilin mart ayında yaranmış ProSys şirkəti informasiya və kommunikasiya texnologiyaları üzrə ixtisaslaşmışdır. ProSys şirkəti informasiya və kommunikasiya texnologiyaları üzrə avadanlıqları, proqram təminatlarını və əlaqədar xidmətlərin satışını təşkil və təmin edir. İnformasiya və kommunikasiya texnologiyalarına aid layihələrin texniki şərtnamələrinin hazırlanması, idarə olunması, tətbiqini və sənədləşdirilməsini həyata keçirir. Biz müştərilərimizlə işləyən zaman sadəcə avadanlığın alqı-satqısının təmin edilməsinə deyil, əlavə xidmət göstərilməsinə diqqət yetirərək, şirkətimizin fərqlənməsini istəyirik. Şirkətimizdə xarici ölkələrdə İKT sahəsində qabaqcıl şirkətlərdə təcrübə qazanmış, xarici ölkələrdə İKT sahəsində idarəetmə vəzifələrində işləmiş, respublika və beynəlxalq səviyyədə qəbul görmüş kompleks həlləri olan layihələrin idarə edilməsində iştirak etmiş, beynəlxalq sertifikatlara sahib mütəxəssislər çalışmaqdadır. O cümlədən, mütəxəssislərimiz, proqram təminatı, telekommunikasiya, lokal və qlobal şəbəkə, informasiya təhlükəsizliyi və server avadanlıqlarının quraşdırılması üzrə layihələrin idarəedilməsinı həyata keçirmişlər.
  • Əmək haqqı
    müsahibə əsasında
    Azərbaycan:
     · Bakı

    seçilmişə

    Mühəndis-proqramçı

    Prosys MMC

    - C#, ASP.NET-də iş təcrübəsi
    - HTML, CSS və Javascript bilmək
    - SQL dilini bilmək, Oracle və MSSQL Server ilə işləyə bilmək
    - Web Servis və web servis client yaza bilmək
    - Analitik düşünmə qabiliyyəti
    - İdeyanı strukturlaşdırılmış qaydada təqdimetmə bacarığı
    - Obyektyönlü proqramlaşdırmanın prinsipləri haqqında biliklərə malik olmaq
    - İngilis dilini texniki mətnləri qavraya biləcək səviyyədə bilmək
    - Proqramlaşdırma və verilənlər bazası üzrə sertifikatların olması arzuolunandır
    - Muhasibatlıq sahəsində iş təcrübəsinin olması arzuolunandır

 
Bakıda və Azərbaycanda iş elanları saytı AZ | RU

İş axtarıram
İşçi axtarıram
    İş axtaranın qeydiyyatı

    «Qeydiyyat» düyməsini basaraq siz bu kecid üzrə təqdim edilmiş istifadəçi şərtlərini qəbul edirsiniz.