Integral QSC

Sayt: http://integral.az, Численность: 100-1000

İnteqral şirkəti yaradıldığı 1997-ci ildən başlayaraq, bütün ölkə üzrə müasir salonlar və ölkədən kənara qədər inkişaf edilmiş geniş diler şəbəkəsi ilə ölkəmizdə telekommunikasiya xidmətləri və məişət texnikası sahələrində ən mühüm oyunçulardan biridir.
Şirkət dükanlardan birində bir neçə adamdan ibarət və telefon satışı və xidməti ilə məşğul olan kiçik bir ticarət məntəqəsindən, tərkibində 350 nəfərdən çox işçilər olan böyük şirkətə qədər uzun bir yol keçmişdir. Və indiki zamanda ən geniş spketrli telekommunikasiya və məişət texnikası bazarına aid – ev üçün kompyüter avadanlıqları, o cümlədən televizorlar, monitorlar, soyuducular və paltaryuyan maşınlar kimi mallar və xidmətlər, həmçinin mobil rabitə üçün əsas cihazlar – smartfonlar, planşetlər və digər, Samsung, Huawei, ZTE və Motorola kimi brendlərin rəsmi distribyuteri olaraq fəaliyyət göstərir. O zamanlar isə, 20 il bundan əvvəl, diqqət cəlb etməyən, minlərlə rabitə salonlarının birində yerləşən şirkətin tərkibində cəmi üç nəfər var idi – iki həmtəsisçi və telefonların satışı ilə məşğul olan bir satıcı xanım. Bu hətta dükan da sayılmazdı – sadəcə böyük dükanlardan birində kiçik bir masa idi. Biznesin başlanğıcına əsas qoyulan məbləğ indiki zaman üçün çox gülməli sayılardı – cəmi 4.827 dollar. 1998-ci ildə, mobil operator Azercell ilə yaxın tanışlıqdan sonra, İnteqral şirkəti onun rəsmi distribütoru olaraq, telekommunikasiya bazarına yol açdı və Azercell şirkətinin telefon nömrələrini topdan və pərakəndə alıb satmaq imkanını əldə etdi. Şirkətin dövriyyələri böyük sürətlə qalxmağa başladı. O vaxtlar üçün qazanılan yüksək mənfəət şirkətin gələcək müvəffəqiyyəti üçün əsas oldu. Həmfikirli insanlardan ibarət məqsədlı bir komanda yığıldı. Sonra isə riskli, lakın strateji nöqtədən çox vacib bir addım atıldı – Samsung şirkətinin rəsmi distribütorluğu əldə edildi. O vaxtlar bu şirkətin brendi maraqsız imicli və zəif satılan idi. Lakin Samsung şirkəti ilə birgə səylər nəticəsində bu gedişat dəyişildi və bu gün onun məhsulları Azərbaycanın telekommunikasiya bazarında dəyişilməyən yüksək tələbata malıkdır.
  • 600 AZN Azərbaycan:
     · Bakı

    seçilmişə

    Помощник менеджера по категориям

    Integral QSC

    - Возраст от 24 до 35 лет
    - Мужской пол
    - Обязательное знание русского и азербайджанского языков
    - Опыт работы в этой же сфере не менее 1 года
    - очень хорошо знать бытовую технику
    - знание и свободное владение офисными программами Word, Excell

 
Bakıda və Azərbaycanda iş elanları saytı AZ | RU

İş axtarıram
İşçi axtarıram
    İş axtaranın qeydiyyatı

    «Qeydiyyat» düyməsini basaraq siz bu kecid üzrə təqdim edilmiş istifadəçi şərtlərini qəbul edirsiniz.