Azərbaycanda və Bakıda iş axtarışı AZ | RU
Vakansiyalar CV IT sahəsində iş
Vakansiya əlavə etmək
  • 1 000 AZN-dən

    3 iş yeri, dan başlayaraq 2019 il

    Kişi, 25 il, Ağcabədi, Bakı, Sumqayıt

    Yenilənib: 23 sentyabr

    Qeydiyyatdan keçmiş işəgötürənlər giriş əldə etdikdən sonra, kontaktlara baxa bilərlər

    Кратко о себе

    Kişi, 25 il (31.10.1996), ali təhsil, ailəli deyil, uşaqlar yoxdur, Sürücülük vəsiqəsi yoxdur

    İşə qarşı istəklər

    Tam iş günü, hazırdır ezamiyyətlərə

    İstehsal, Fabrik müdiri (müavini) və ya bu kimi rəhbər vəzifələrə işçi axtaran şəxslər əlaqə saxlaya bilərlər.

    Şəhər

    Ağcabədi, Bakı, Sumqayıt

    İş təcrübəsi 2 il

    iyun 2021 – iyul 2022
    1 il, 2 ay

    İstehsal və Fabrik Direktoru Müavini

    İDEA MMC, Sumqayıt
    İstehsalat, sənaye

    • Məhsul istehsalı zamanı prosesslərin izlənilməsi, fabrikdə davam edən işlərin gedişatı barədə İstehsal və Fabrik Direktoru, eləcə də Satış Menecerini məlumatlandırmaq;
    • Fabrikin fəaliyyəti və onun işləməsi ilə bağlı təşkilatçılıq məsələləri ilə məşğul olmaq;
    • Məhsulların düzgün yüklənməsi, sayılması, göndərilməsinə nəzarət etmək;
    • Məhsullar fabrikdən çıxarılarkən yol qaiməsi və təhvil-təslim aktını imzalamaq;
    • İstehsalın digər mərhələlərinin başqa şirkətlər tərəfindən həyata keçirilməsi zəruri olan hallarda həmin şirkətlərlə əlaqə saxlamaq, məhsulların göndərilməsini təşkil etmək;
    • Yeni zəruri istehsal mərhələləri yaratmaq və mövcud istehsal mərhələlərinin daha səmərəli təşkili ilə bağlı məsələlərin təmin edilməsi;
    • SƏTƏM tələblərinə riayət edilməsi üçün müvafiq göstərişlər vermək;
    • Fabrikin əlaqə telefonu və emailinə gələn müraciətlərin cavablandırılması;
    • Fabrikdə müvafiq inventarizasiya işlərinin təşkilinə nəzarət etmək;
    • Fabrikin kommunal (su, qaz, işıq) ödəniş məsələlərini həyata keçirmək üçün müvafiq bölmələrə göstəriş vermək;
    • Fabrik ərazisinin təmiz və gigiyenik saxlanılması üçün xadimələrə nəzarət etmək;
    • İstehsal olunacaq məhsulların istehsal mərhələləri və ona sərf olunacaq vaxt barədə məlumatların sex rəisləri ilə birgə dəqiqləşdirilməsi və sistemə (ERPAG) daxil edilməsini təmin etmək;
    • İstehsal zamanı istehsalın hansı mərhələdə olduğu barədə məlumatların sistemə (ERPAG) daxil edilməsini təmin etmək;
    • Mövcud və yeni hazır məhsullar barədə məlumatların sistemə (ERPAG) daxil edilməsini təmin etmək;
    • Yeni avadanlıq və dəzgahların məlumatlarının sistemə (ERPAG) daxil edilməsini təmin etmək;
    • İşçi məlumatlarının sistemdə (ERPAG) düzgünlüyünün təmin edilməsi;
    • İşçilərin real vaxt ərzində gördüyü işlərin düzgünlüyü, müvafiq taymerin işə salınması, boş dayanma halları və s. işlərə sex rəisləri ilə birgə nəzarət etmək;
    • Yeni işçilərin qəbulu, koordinasiyası, işlə bağlı məlumatların verilməsi və qeydiyyata alınmasının təmin edilməsi;
    • İşçilərin işə davamiyyətinə nəzarət, işdən icazə alınması, icazə kağızlarının imzalanması, işə gəlməyən işçilərlə əlaqə saxlamaq, işçilərin məzuniyyət, əmək müqaviləsi və digər sənədlərin imzalanmasının təşkili, işçilərə avans və ya borc verilməsi məsələlərinin təşkili;
    • Sex rəislərinin və digər işçilərin irad, təklif, şikayət və xahişlərinin müvafiq bölmələrə çatdırılması.

    avqust 2020 – oktyabr 2020
    3 ay

    Menecer

    Fitstar Herbal Products MMC, Sumqayıt
    Topdansatış

    • Aptek və tibb müəssisələri ilə əlaqə yaradıb, dərman məhsullarının satışını idarə və təşkil etmək;
    • Dərman məhsulları ilə bağlı yeni kampaniyaların yaradılmasında iştirak etmək;
    • Satışın dinamikası və məhsullara tələb ilə əlaqədar bazar araşdırması aparmaq.

    fevral 2019 – iyun 2019
    5 ay

    Təcrübəçi

    AzVirt MMC, Bakı
    İstehsalat, sənaye

    • Bina, yol və körpü tikintisi ilə bağlı nəzəri və praktiki biliklərə yiyələnmək;
    • Yol tikintisi üçün istifadə olunan asfaltın tərkibi və istehsal mərhələlərinin öyrənilməsi;
    • İstehsalın təşkili və idarə edilməsi ilə bağlı işlərin öyrənilməsi.

    Əsas təhsil

    iyun, 2019

    Azərbaycan Memarlıq və İnşaat Universiteti

    Tikinti-İqtisad fakültəsi, Sənayenin təşkili və idarə olunması ixtisası

    Peşəkar bacarıqlar

    Xarici dillər

    Ingilis: свободное общение, Русский: başlanğıc, Турецкий: qabaqcıl səviyyə

    Bacarıqlar

    Liderlik, İdarəetmə, Təşkilatçılıq, Komandada işləmə.

    Kompüter istifadəçisi

    arxayın

    Əlavə məlumat

    Microsoft Office - yaxşı
    Erpag - yaxşı

    CV rubrikalarda yerləşdirilmişdir

    Top-menecment, rəhbərlər — Административное управление, İstehsalat, sənaye, Топ-менеджмент

  • İş axtarıram
    İşçi axtarıram