İşəgötürənin kontaktları

bütün kontaktları görmək üçün

Bu vakansiyanı itirməmək üçün onu seçilmişə əlavə edin

İş ünvanı: Caspain Plaza,C.Cabbarlı 44.,
AGA Group

Mühasib

İşəgötürən: AGA Group (0 vakansiya)

C.Cabbarli 44

Oxşar vakansiyalar

  • 500 AZN-dən
    Mühasib Xirman
  • 800 — 1 000 AZN
    Mühasib Özəl klinika
  • 500 — 600 AZN
    Mühasib "QOÇ ƏT" MMC
  • Əmək haqqı
    müsahibə əsasında
    Mühasib Metropol restoranı
  • 500 — 1 000 AZN
    Mühasib VALISOY

Şirkət haqqında: AGA Group 1994-cü ildə təsis edilmiş və İş Mərkəzlərinin idarəsi sahəsində öncülədən biri olmuşdur. İlk inşa edilən müəssisə Caspian Business Center (1998-ci il) olmaqla, bu gün texnologiya (“Bravo Online Systems” MMC) sahəsi də daxil olmaqla bir çox istiqamətlərdə öz mövqeyini daha da gücləndirir. AGA Group-a daxil olan iş mərkəzləri : Demirchi Tower, Caspian Plaza, AGA Center, Ariana Business Park.
"AGA" Group-a daxil olan Caspian Audit şirkətinə mühasib axtarılır. Azərbaycanda mühasibat xidmətlərinin göstərilməsi, mühasibat xidməti və hüquqi şəxslərin, təşkilati-hüquqi strukturundan, fəaliyyət istiqamətlərindən və tətbiq olunan vergitutma sistemindən asılı olmayaraq kompleks mühasibat üzrə ixtisaslaşır.
Biz peşəkar komandamıza yüksək potensiallı, savadlı, yeniliklərə açıq, şirkətimizin siması olacaq, karyeralarını böyük korporativ şirkətdə qurmağı hədəfləyən və “Mühasib” vəzifəsində çalışmaq istəyən namizədlər axtarırıq.

Tələblər:

- Yaş həddi: 25-45
∙ Mühasibatlıq sahəsində 5 ildən artıq iş təcrübəsi.
∙ Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə)
∙ Azərbaycan dili (əla)
∙ 1C (8.3) proqramında işləmək bacarığı
Qeyd: Maliyyə sahəsində sertfikatı olanlara üstünlük verilir.

Vəzifələr:

- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
- Vergi və mühasibat uçotunun aparılması;
- Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
- Debitor və kreditor hesablaşmaların aparılması;
- Əmək haqqı, məzuniyyətlərin hesablanması;
- Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.;
- Mal-materialların uçotunun aparılması;
- İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması;
- Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi;
- Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
- Aylıq daxili maliyyə hesabatlarının hazırlanması;
- Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması;
- Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi.

İş şəraiti:

- AR əmək məcəlləsinə əsasən sənədləşmə
- İş qrafiki: bazar ertəsi - cümə saat 09:00 – 18:00; Şənbə qısaldılmış iş günü saat 09:00-13:00; bazar - istirahət
seçilmişə
Bakıda və Azərbaycanda iş elanları saytı AZ | RU

İş axtarıram
İşçi axtarıram
    İş axtaranın qeydiyyatı

    «Qeydiyyat» düyməsini basaraq siz bu kecid üzrə təqdim edilmiş istifadəçi şərtlərini qəbul edirsiniz.