Tələblər:
- Tur menecer kimi turizm sahəsində ən azı 1 il iş təcrübəsinə malik olmaq (bacarıqlı və bu işdə həvəskar olanlara da üstünlük verilir)
- Azərbaycan dilinii yüksək səviyyədə bilmək (ingilis dili və rus dilini bilənlərə üstünlük verilir)
- Səlis və işgüzar danışıq bacarığına malik olmaq
- Yüksək ünsiyyət qurma bacarığına malik olmaq
- Məsuliyyətli və diqqətli olmaq
- Gülərüz və özünə qarşı tələbkar olmaq
- Vaxtın idarəolunması bacarığına malik olmaq
- Mühitə tez uyğunlaşmaq və komandada işləmə qabiliyyətinə malik olmaq
Vəzifələr:
- Müxtəlif istiqamətlər üzrə fərdi və qrup turlarının hazırlanması
- Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar formada cavablandırılması
- Müştərilərlə yüksək səviyyəli münasibətlərin qurulması
- Mehmanxanaların bronlaşdırılması
- Sosial şəbəkələr üzərindən sorğuların cavablandırılması
- Mövsimə və tələbə uyğun turların axtarılması və reklam bölməsinə ötürülməsi
İş şəraiti:
- İş saatları: 10:00–19:00
- Şənbə günü: 10:00-18:00
- İstirahət günü; Bazar günü