700 — 1 500 AZN Azərbaycan:
 · Bakı

yenilənib: 24 noyabr

Təcrübə
от 3 il
Qrafik
Tam iş günü
Təhsil
Ali
İşəgötürənin kontaktları

bütün kontaktları görmək üçün

Bu vakansiyanı itirməmək üçün onu seçilmişə əlavə edin

Müsahibə ünvanı: H.Əliyev prospekti, köndələn döngə 2, bina 2
avandsis

CCTV və təhlükəsizlik sistemləri üzrə layihəçi-mühəndis

İşəgötürən: avandsis (1 vakansiya)

22/1 V. Mammadov street

Tələblər:

Mühəndis ixtisası üzrə ali təhsil;
Təhlükəsizlik təchizatının təşkilini, texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini və istismar qaydasını bilməli;
Təhlükəsizlik sistemləri üzrə sxemlərini oxumaq və çəkmək bacarığı;
Kompyuter bilikləri – AutoCAD əla bilməli, 3D MAX, VRAY, CorelDraw proqramlarının bilməsinə üstünlük verilir.
MS Office və xüsusi proqram təminatlarında sərbəst işləmə bacarığı;
Azərbaycan və Rus dilinin yüksək səviyyədə olması, ilkin İngilis dilinin bilməsi;
Komandada işləmə bacarığına malik olmalı;
Diqqətli və dəqiq olmalı;
İşgüzar və məsuliyyətli olmalı;
Təzyiq altında işləməyi bacarmalı.
Yaş:25 - 40 yaş
Cinsi:Kişi

Vəzifələr:

Layihələndirmə üçün ilkin məlumatın yığılması, sifarişçinin texniki tapşırığına əsasən layihə sənədlərinin işlənilməsi və razılaşdırılması;
Təhlükəsizlik sistemləri üzrə avadanlığın və proqram təminatının (video müşahidə kameraları, rəqəmsalvideo yazan qurğuları, girişə nəzarət sisteminin - kart oxuyucuları, oxuyucuların interfeys qurğuları, elektron quraşdırma qurğuları, kameralı paketləşdirilmiş maqnit kart dəsti, turniketlər və s.)layihələndirilməsi və çertyojların hazırlanması;
Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunması;
Müraciət olduğu halda yaranmış nasazıqları aradan qaldırmaq üçün rayonlarda yerləşən obyektlərə ezamiyyə olmaq.

İş şəraiti:

İş günü: 6 günlük
İş saatları: 09:00-18:00
İstirahət günü: Bazar günü
Bakıda və Azərbaycanda iş elanları saytı AZ | RU

İş axtarıram
İşçi axtarıram
    İş axtaranın qeydiyyatı

    «Qeydiyyat» düyməsini basaraq siz bu kecid üzrə təqdim edilmiş istifadəçi şərtlərini qəbul edirsiniz.