Əmək haqqı müsahibə nəticəsi əsasında Azərbaycan:
 · Bakı

yenilənib: 1 oktyabr

Təcrübə
от 10 il
Qrafik
Tam iş günü
Təhsil
Ali
İşəgötürənin kontaktları

bütün kontaktları görmək üçün

Bu vakansiyanı itirməmək üçün onu seçilmişə əlavə edin

İş ünvanı: Qaradağ rayonu
"Mətanət A"

Smeta üzrə mühəndis

İşəgötürən: "Mətanət A" (3 vakansiya)

Masazır 2, AZ0123 Abşeron, Azərbaycan

Tələblər:

Təhsil: Ali təhsil (İnşaat mühəndisi)
İş təcrübəsi: 5-10 il iş təcrübəsi olan
Yaş həddi:35-60 yaş
Bilməlidir: Layihə-smeta sənədlərinin işlənib hazırlanmasının təşkilini, onların razılaşdırma və təsdiq etmə qaydalarını; smeta, smeta-maliyyə hesablamaları və kalkulyasiyaların tərtib olunması üzrə metodiki və vahid qiymətlərin toplu və kataloqlarının, inşaat materialları, konstruksiya, məmulat, avadanlıqların quraşdırılması üzrə, qiymətlər cədvəllərinin preyskurant topluları və avadanlıqların, materialların tipləşdirilimiş dəstlərinin tərtib və istifadə olunma qaydalarını; iqtisadiyyatın, istehsalatın təşkilinin, əməyin və idarəetmənin əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını
Dil bilikləri: Azərbaycan və Rus dili əla, İngilis dili orta səviyyədə
Kompüter bilikləri: Word, MS Office, Autocad əla səviyyədə bilmək

Şəxsi keyfiyyətləri:
İşə planlı yanaşmaq bacarığı;
Yüksək ünsiyyət bacarığı;
Nitq mədəniyyəti;
Təmkinlilik, etibarlılıq, özünəinam;
Səliqəli, təşkilatçı, operativ çalısan, bacarıqlı.

Vəzifələr:

İnşa olunan obyektlər üzrə komplektləşdirilmiş layihə-smeta sənədlərinin olmasını və onların, təyinatına əsasən, tikinti-quraşdırma işlərinin icrası üçün verilməsini təmin edir
Obyektlərin layihələndiriolməsi üçün, layihə təşkilatları ilə birlikdə titul siyahılarını işləyib hazırlayır
Obyektlərin layihələndirilməsi üçün ilkin məlumatları hazırlayır, layihələndirmə ünün tapşırıqlar tərtib edir və onları lahiyə təşkilatlarına göndərir
Lahiyə təşkilatlarından lahiyə sənədlərini qəbul edir və onlarla birlikdə, podrat tikinti təşkilatlarının iştirakı və bu sənədləri müzakirə edir, lahiyə təşkilatlarının tərtib etdiyi smeta sənədlərinin düzgünlüyünü, qüvvədə olan normativ sənədlərə uyğunluğunu yoxlayır
Yeni normativ qiymət, preyskurant, kataloqlar, vahid qifmətlər toplusu və s. qüvvəyə minməsi ilə əlaqədar, vaxtlı-vaxtında layihə-smeta sənədlərində lazımi dəyişikliklər edir
Layihə-smeta sənədləri üzrə, podratçı təşkilatlardan rəylərin alınmasını təmin edir, ekspertiza və podratçının iradları üzrə onun axıra qədər işləməsinə nəzarət edir və təsdiq olunması üçün hazırlayır
Təsdiq edildikdlən sonra, layihə-smeta sənədlərini tikinti təşkilatlarının müvafiq şöbələrinə göndərir
Tikintisi başa çatmış obyektlərin layihələndirilməsinə çəkilən xərclərin silinməsi üçün mühasibatlığa lazımi sənədləri təqdim edir. Layihə-axtarış işləri üzrə tapşırıqların icrası haqqında hər ay hesabat tərtib edir. Layihə-smeta sənədləri üzrə lazımi arayışlar hazırlayır. Onların arxivdə saxlanmasını təmin edir. Müəyən edilmiş forma üzrə hesabatları tərtib edir

İş şəraiti:

AR Əmək Məcəlləsinə əsasən sənədləşmə,
6 günlük iş qrafiki
5 gün saat 09:00-dan 18:00-a dək
Nahar şirkət tərəfindən verilir
Servis xidməti mövcuddur
İş yeri Qaradağ rayonunda yerləşir
Ağdağ Əhəng və Gips zavodu

Aşağıdaki rubrikalarda vakansiyalara baxmaq:

Bakıda və Azərbaycanda iş elanları saytı AZ | RU

İş axtarıram
İşçi axtarıram
    İş axtaranın qeydiyyatı

    «Qeydiyyat» düyməsini basaraq siz bu kecid üzrə təqdim edilmiş istifadəçi şərtlərini qəbul edirsiniz.