İşəgötürənin kontaktları

bütün kontaktları görmək üçün

Bu vakansiyanı itirməmək üçün onu seçilmişə əlavə edin

FAB boya və Kimya Sənayesi MMC

Kassir

İşəgötürən: FAB boya və Kimya Sənayesi MMC (0 vakansiya)

Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1 -ci Mədən küçəsi

Tələblər:

- Pul vəsaitlərinin qəbulu, verilməsi və saxlanması qaydalarını
- Satış texnikası və prinsiplərini, davranış etikasını
- Nəzarət - kassa aparatlarının istismarı qaydalarını
- Mağazanın təşkilati strukturunu
- Alıcılara keyfiyyətli xidmət standartlarını
- “Kassir”in vəzifə təlimatının tələblərini
- Digər daxili normativ sənədlər
- Kassada istifadə olunan mövcud proqramı kassa səviyyəsində bilməlidir
- Xanım namizədlərə üstünlük verilir

Vəzifələr:

- Alıcılara fasiləsiz kassa xidmətini təmin etməlidir. İşin başlanmasına on beş dəqiqə qalmış iş yerində olmalıdır
- Kassanı ancaq mağazanın müdirinin və ya müavinin icazəsi ilə tərk edə bilər
- Müştərilərlə, eləcədə iş yoldaşlari ilə gülərüz, mehriban olmalı, kassa xidməti göstərərkən alıcılarla nəzakətli rəftar etməlidir
- Alıcılara kassa xidməti göstərərkən rahat şərait yaratmalı, növbələrin yaranmaması üçün işini operativ şəkildə həyata keçirməlidir
- Kassa zonasını təmiz və səliqəli saxlamalıdır
- Alıcıların ödədikləri pul vəsaitlərinin nəzarət - kassa aparatlarında düzgün əks olunması və yığılmasını həyata keçirməlidir
- Nəzarət Kassa Aparatı - nın göstəricilərinə əsasən məbləği aydın şəkildə alıcıya söyləməli və ödənişi alıcıdan qəbul etməlidir
- Pulun qalığını kassa çeki ilə birlikdə alıcıya verməlidir
- Pulun qalığını son qəpiyədək verməli və ya xırda pul olmadıqda onun dəyərində məhsul təklif etməlidir
- Kassa növbəsinin sonunda kassadakı pulları hesabat əsasında mağazanın baş inzibatçısı və ya köməkçisinə təhvil verməlidir
- Qaytarılan mallara görə alıcıya ödənişi, ancaq satış çeki əsasında və mağazanın baş inzibatçısı və ya köməkçisinin iştirakı ilə həyata keçirməlidir
- İş zamanı təsdiqlənmiş iş uniformasında olmalı, xarici görünüşünə, şəxsi gigiyenasına fikir verməlidir və iş saatlarında ona verilən yaxa kartı daim üzərində görünəcək şəkildə olmalıdır
- Rəhbərlərinin əmr və göstərişlərini vaxtında və dəqiq yerinə yetirməlidir
- İşçi özünün və iş yoldaşlarının həyatının və sağlamlığının qorunması üçün müəyyən edilmiş əməyin mühafizəsi qaydalarına və normalarına əməl etməlidir

İş şəraiti:

AR Əmək məcəlləsinə əsasən sənədləşmə
Nahar şirkət tərəfindən verilir
seçilmişə
Bakıda və Azərbaycanda iş elanları saytı AZ | RU

İş axtarıram
İşçi axtarıram
    İş axtaranın qeydiyyatı

    «Qeydiyyat» düyməsini basaraq siz bu kecid üzrə təqdim edilmiş istifadəçi şərtlərini qəbul edirsiniz.