İşəgötürənin kontaktları

bütün kontaktları görmək üçün

Bu vakansiyanı itirməmək üçün onu seçilmişə əlavə edin

İş ünvanı: Sumqayıt şəhəri, İnşaatçılar küçəsi 59

Kran operatoru

İşəgötürən: "Sum Metal" MMC (0 vakansiya)

Sumqayıt şəhəri, İnşaatçılar küçəsi 59.

Tələblər:

• Orta təhsil;
• Analoji sahədə 3 il iş təcrübəsi;
• Müvafiq sertifikat
• Azərbaycan dilində sərbəst danışıq, yazmaq və oxumaq qabilliyyəti;
• Bilavasitə bu vəzifə təlimatı ilə nəzərdə tutulan işlərin yerinə yetirilməsində əsas sayılan qanunvericilik və müəssisənin normativ sənədlərinin tələblərini, Əmək Məcəlləsini, eləcə də müəssisədaxili normativ xarakterli sənədlərin tələblərini mükəmməl bilməli və işində rəhbər tutmalıdır.

Vəzifələr:

• İstehsalat proseslərini təmin etmək üçün müxtəlif yüktutma vasitələri ilə təmin olunmuş körpülü kranları idarə edir.
• Sexlərdə işin xarakterinə uyğun olaraq verilən tapşırıqları yerinə yetirir.
• Kranın yükqaldırma vasitələrinin, əyləc sisteminin, təhlükəsizlik cihazlarının və qurğularının vəziyyətini yoxlayır.
• Kranda aşkar olunmuş nöqsanların aradan qaldırılmasında iştirak edir.
• İşdən əvvəl kranın bütün mexanizmlərini və təhlükəsizlik cihazlarını yoxlayır.
• İşin sonunda iş yerini səliqəyə salır və yeni növbəni sahədə baş verənlərlə tanış edir.
• Avadanlıqlarda nizamlama və təmir işlərində iştirak edir.
• Xüsusi geyim və FMV-dən istifadə qaydalarına əməl edir.
• İş zamanı texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına əməl edir.
• Sahədə yerləşən yanğınsöndürmə vasitələrinin və avadanlıqların saz vəziyyətdə saxlanmasına və başqa məqsədlər üçün istifadə olunmamasına əməl edir.
• Texnoloji rejim normalarına,texnoloji reqlament və istehsalat təlimatlarına ciddi riayət etməli.
• Sex və növbə rəisinin istehsalata aid bütün göstərişlərini yerinə yetirməli.
• Zavodun rəhbərliyinin operativ göstərişlərini yerinə yetirməli.
• Kranda kənar şəxslərin olmasına yol verməməli.
• İş yerini daim təmiz saxlamalı.
• İstehsal olunmuş məhsulun təhlükəsiz daşınmasını və səliqəli yığılmasını yerinə yetirməli.

İş şəraiti:

• İş qrafiki- iki növbəli 12 saatlıq iş rejimi;
• Müəssisə tərəfindən naharla təmin edilmə;
-Sumqayıt şəhərində yaşayan namizədlərə üstünlük verilir.
seçilmişə

Aşağıdaki rubrikalarda vakansiyalara baxmaq:

Bakıda və Azərbaycanda iş elanları saytı AZ | RU

İş axtarıram
İşçi axtarıram
    İş axtaranın qeydiyyatı

    «Qeydiyyat» düyməsini basaraq siz bu kecid üzrə təqdim edilmiş istifadəçi şərtlərini qəbul edirsiniz.