Əmək haqqı müsahibə nəticəsi əsasında Azərbaycan:
 · Bakı

yenilənib: 21 iyun

Təcrübə
от 5 il
Qrafik
Tam iş günü
Təhsil
Ali
İşəgötürənin kontaktları

bütün kontaktları görmək üçün

Bu vakansiyanı itirməmək üçün onu seçilmişə əlavə edin

İş ünvanı: Nasimi district, 83 Jalil Mammadguluzadeh Str

Smetaçı mühəndis

İşəgötürən: Amal group (2 vakansiya)

Nasimi district, 83 Jalil Mammadguluzadeh Str.

Tələblər:

Təhsil və iş təcrübəsi

• Mülki inşaat, İnşaat mühəndisliyi sahələri üzrə ali təhsil;
• Minimum 5 il inşaat sahəsi üzrə ümumi təcrübə. Minimum 3 ili Smetaçı mühəndis iş təcrübəsi.

Bacarıq və səriştələr

• Ünsiyyət və təşkilati bacarıq;
• Problemi qısa zaman çərçivəsində həll edə bilmə və analiz etmə bacarığı;
• Rus və azərbaycan dili (yazılı və şifahi sərbəst ünsiyyət);
• Ms. Office programları, Excell əla səviyyədə.

Bilməlidir

• Azərbaycan Respublikasının ərazisində mövcud tikinti norma və qaydaları, eləcə də, müvafiq normativ hüquqi aktlarını;
• Tikintidə layihə-smeta işlərinin təşkili üzrə, müvafiq icra hakimiyyəti orqanlarının qərar, sərəncam, əmrlərin və digər istinad edilən, rəhbər tutulan metodiki normativ sənədləri;
• Layihə-smeta sənədlərinin işlənib hazırlanmasının təşkilini, onların razılaşdırma və təsdiq etmə qaydalarını;
• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını.

Vəzifələr:

• Layihə üzrə verilmiş memarlıq və konstruktiv həllər əsasında layihənin bütün mərhələlərinin detallı şəkildə smetasını tərtib edilməsi;
• Müəyyən edilmiş vaxt ərzində layihənin təhvil verilməsi planını, iş qrafiklərini və tikinti-quraşdırma işlərinin kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsi;
• Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət edilməsi;
• Obyektlərin inşası üçün texniki sənədləşmənin əldə edilməsində iştirak edilməsi, obyektlərin layihələndirilməsi üçün ilkin məlumatların hazırlanması, layihələndirmə üçün tapşırıqların tərtib edilməsi;
• Cari layihələndirmə üçün əmək üzrə limitlərin paylaşdırılmasının hazırlanması;
• Yeni normativ qiymət, preyskurant, kataloqlar, vahid qiymətlər toplusu və s. qüvvəyə minməsi ilə əlaqədar, vaxtlı-vaxtında layihə-smeta sənədlərində lazımi dəyişikliklərin edilməsi;
• Layihə-smeta sənədlərini lahiyə təşkilatları ilə razılaşdırmaya hazırlanması;
• Tikintisi başa çatmış obyektlərin layihələndirilməsinə çəkilən xərclərin silinməsi üçün mühasibatlığa lazımi sənədlərin təqdim edilməsi;
• Layihə üzrə görülən işlərin günlük və həftəlik iş planının hazırlanması, layihə-axtarış işləri üzrə tapşırıqların icrası haqqında aylıq, illik hesabatların tərtib edilməsi.

İş şəraiti:

İş yeri: Bakı, Azərbaycan
İş saatı : Həftədə 5 gün 8 saat olmaqla
İşə başlama tarixi: Təcili
Əmək haqqı: Müsahibə əsasında təyin ediləcəkdir.
Bakıda və Azərbaycanda iş elanları saytı AZ | RU

İş axtarıram
İşçi axtarıram
    İş axtaranın qeydiyyatı

    «Qeydiyyat» düyməsini basaraq siz bu kecid üzrə təqdim edilmiş istifadəçi şərtlərini qəbul edirsiniz.