Əmək haqqı müsahibə nəticəsi əsasında Azərbaycan:
 · Bakı

yenilənib: 6 iyul

Təcrübə
от 3 il
Qrafik
Tam iş günü
Təhsil
Ali
İşəgötürənin kontaktları

bütün kontaktları görmək üçün

Bu vakansiyanı itirməmək üçün onu seçilmişə əlavə edin

SƏTƏM Mühəndisi

Bu vakansiya işədüzəltmə şirkəti tərəfindən dərc olunub.
Işədüzəltmə şirkətinin xidmətləri ödənişsizdir.

İşəgötürən: 6-cı Mərtəbə (2 vakansiya)

K.Səfərəliyeva 62

Tələblər:

Dil bilikləri: Azərbaycan dili
Diqqətli və məsuliyyətli olması

Vəzifələr:

- İstehsalatda əməyin mühafizəsi işinin təşkili və əlaqaləndirilməsi
- İstehsalat işçiləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək
- İstehsalatda bədbəxt hadisələrin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlamaq və həyata keçirilməsinin təşkil edilməsinə çalışmaq
- İşçilərə əməyin mühafizəsi üzrə məsləhətlər vermək.
- İş yerində işçilər üçün təhlükəsiz əmək şəraitinin yaradılmasını və təlimatlandırılmaların keçirilməsini heyata keçirmək
- İstehsalatda bölmələrinin əməyin mühafizəsi üzrə təlimatlarla , qaydalarla, normalarla, plakatlarla və digər əyani vəsaitlərlə təmin olunmasını, həmçinin müvafiq informasiya lövhələrinin quraşdırılmasını təşkil etmək
- Yeni işə qəbul olunanlara, ezamiyyətə gələnlərə, istehsalat təliminə və ya praktikasına gələn şagird və tələbələrə əməyin mühafizəsi üzrə giriş təlimatlarını keçmək
- Fərdi mühafizə vasitələrinin düzgün tətbiq edilməsini, avadanlıqların, mühafizə vasitələrinin müvafiq xidmətlər tərəfindən zəruri sınaqlarının və texniki müayinənin vaxtında keçirilməsini, qoruyucu və mühafizə vasitələrinin vəziyyətini, xüsusi geyimlərin, xüsusi ayaqqabıların və digər fərdi mühafizə vasitələrinin saxlanılmasını və verilməsini nəzarətdə saxlamaq
- Əməyin mühafizəsi üzrə tətbiq edilən yeni qanunvericilik və digər normativ hüquqi aktları işçilərin nəzərinə çatdırmaq

İş şəraiti:

-AR-nın Əmək Məcəlləsinə əsasən sənədləşmə
-Həftədə 6 iş günü,
-İş yeri - Bakı şəh., Suraxanı rayonu Hovsan qəsəbəsində yerləşən tikinti sahəsi
- Bakı şəh., Yasamal rayonu yaşayış kompleksi tikintisi sahəsi

Aşağıdaki rubrikalarda vakansiyalara baxmaq:

Bakıda və Azərbaycanda iş elanları saytı AZ | RU

İş axtarıram
İşçi axtarıram
    İş axtaranın qeydiyyatı

    «Qeydiyyat» düyməsini basaraq siz bu kecid üzrə təqdim edilmiş istifadəçi şərtlərini qəbul edirsiniz.