İşəgötürənin kontaktları

bütün kontaktları görmək üçün

Bu vakansiyanı itirməmək üçün onu seçilmişə əlavə edin

ARCH PROJECT MMC

Mühəndis-smetaçı

İşəgötürən: ARCH PROJECT MMC (0 vakansiya)

İsmayıl bəy Qutqaşınlı, ev 80, 1-ci blok, 12-ci mərtəbə, mənzil 33

Tələblər:

- Kompüter biliyi: MS Word, Excel, AutoCAD və ya ArchiCAD, Smeta+
- Müvafiq sahə üzrə ən az 5 il iş təcrübə
- Azərbaycan, Rus
- Qadın/Kişi – 28 yaşdan yuxarı
- İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, səliqəli, diqqətli, müstəqil və qrup daxilində işləmək bacarığı.

Vəzifələr:

1. İşçi layihə sənədlərinə uyğun ümumi tikinti, mexaniki və elektrik təchizatı işlərinin layihə smeta sənədlərinin tərtibatı;
2. Əsaslı Tikinti-quraşdırma və təmir işləri üçün təklif və razılaşma qiymətləri hesablamalarını analiz etmək və smeta sənədini hazırlamaq;
3. Layihə icrası zamanı mövcud dəyişikliklərə əsasən smeta sənədlərinə düzəlişlərin edilməsi;
4. Digər təşkilatlar tərəfindən hazırlanmış smeta sənədlərinin yoxlanılması və nəticələrlə bağlı arayışın tərtib edilməsi;
5. Layihələr üzrə smeta sənədlərinin uçotunun aparılması və smeta maliyyə hesablamalarının sistemləşdirilməsi;
6. Smeta qiymətləri üzrə arayışların tərtib edilməsi;
7. Kommersiya smetların tərtibi üçün bazar qiymətlərini analiz edərək xidmətlərin, materialların və s. vahid həcmlərinin qiymətlərinin müəyyən edilməsi;
8. Smeta bazasının yaradılması;
9. Resurs (bazis) metodu ilə smetanın hazırlanması;
10. Qiymət təkliflərinin, tikinti quraşdırma işlərinin yerinə yetirilmə metodlarının və təqvim planlarının yüksək şəkildə hazırlanması;
11. Rəhbərliyin tapşırığı ilə müvafiq layihələr üzrə smeta proqramı vasitəsilə smetaların qısa müddətdə hazırlanmasını həyata keçirmək.
12. Rəhbərliyin tapşırığı ilə cari tikintisi gedən obyektin tikintisinə başlanıldığı andan tikintinin təhvilinə qədərki dövr ərzində bütün çəkilən material, avadanlıq və maliyyə xərclərinin uçotunun aparılması ;
13. Məlumatların obyektivliyində, düzgünlüyündə , doğru olmasında heç kəsdən asılı olmamalı, heç kəsin tələbi ilə məlumatları saxtalaşdırmamalı və tikinti üzrə xərc maddəsini dəqiq şəkildə rəhbərliyə təqdim etməlidir.

İş şəraiti:

İş rejimi: 1-5-ci günlər 9:00-19:00
İstirahət günləri: Şənbə, bazar və Bayram günləri
Əmək haqqı razılaşma yolu ilə müəyyənləşdirilir (İlk ay sınaq ayı və ə/h ödənilir)
seçilmişə

Aşağıdaki rubrikalarda vakansiyalara baxmaq:

Bakıda və Azərbaycanda iş elanları saytı AZ | RU

İş axtarıram
İşçi axtarıram
    İş axtaranın qeydiyyatı

    «Qeydiyyat» düyməsini basaraq siz bu kecid üzrə təqdim edilmiş istifadəçi şərtlərini qəbul edirsiniz.