Azərbaycanda və Bakıda iş axtarışı AZ | RU
Vakansiyalar CV
CV əlavə etmək

İşəgötürənin kontaktları

bütün kontaktları görmək üçün

Bu vakansiyanı itirməmək üçün onu seçilmişə əlavə edin

ARCH PROJECT MMC

Baş Anbardar

rəhbərlər
 

İşəgötürən: ARCH PROJECT MMC (1 vakansiya)

İsmayıl bəy Qutqaşınlı, ev 80, 1-ci blok, 12-ci mərtəbə, mənzil 33

Oxşar vakansiyalar

  • 400 AZN
    Anbardar PROGRES xüsusi firması

Tələblər:

- Kompüter biliyi: MS Word, MS Excel, MS Outlook, 1C (anbar proqramı)
- Müvafiq sahə üzrə ən az 5 il iş təcrübə
- Azərbaycan, Rus
- Kişi – 28 yaşdan yuxarı
- İşin vaxtında və keyfiyyətli aparılması, təhvil verilməsi, səliqəli, diqqətli, müstəqil və qrup daxilində işləmək bacarığı.

Vəzifələr:

1. Anbarda olan mal və materialların təhlükəsizliyini və salamatlığını, saxlanılması rejiminə, sənədləşdirmə və mədaxil-məxaric sənədlərinin təhvili qaydalarına riayət olunduğunu təmin etmək.
2. Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə etmək.
3. Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək.
4. Bütün mal dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında olmasını təmin etmək; istisnalar barədə dərhal mühasibatlığı məlumatlandırmaq.
5. Anbardan malları yalnız Şirkət rəhbərliyi tərəfindən təyin edilmiş maddi məsul şəxslərə buraxmaq.
6. Mühasbatlıq tərəfindən təyin edilən dövriyyə hesabatlarını müntəzəm olaraq təmin etmək.
7. Mal və material mühasibatlığının aparılması üçün qurulmuş mühasibat proqramı və avtomatlaşmış cihazlardan istifadə edərək onlayn və ya real taym rejimində məlumatları daxil etmək.
8. Bütün mal və materialların üzərində mühasibatlıq tərəfindən təyin edilmiş kodların olmasını təmin etmək.
9. Anbarda yanğınsöndürən vasitələrinin olduğuna və salamatlığına, sahənin vəziyyətinə, avadanlığın və inventarın vaxtlı təmirinə nəzarət etmək.
10. Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməklə Anbarda yükləmə-boşaltma işlərini təşkil etmək.
11. Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək.
12. Köhnəlmiş, zərər görmüş və xarab olmuş mal və materialları təyin etmək və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək.
13. Anbar əməliyyatlarının uçot və hesabatlarının aparılmasına nəzarət etmək.
14. Anbar təsərrüfatının işinin effektivliyinin artırılması, malların daşınma və saxlanılması xərclərinin azaldılması üzrə tədbirlərin inkişafı/yaradılması və həyata keçirilməsində, Anbar təsərrüfatının təşkilinə müasir hesablama texnika, kommunkasiya və rabitə vasitələrinin tədbiqində iştirak etmək.
15. Anbarın işçilərinə rəhbərlik etmək, Anbar işçilərinin işlədikləri vaxtın tabel uçotunu aparmaq
16. Sahəni tələb olunan mal, yanacaq və sürtkü material ilə təmin etmək, saxlanılması, sərfiyyatına nəzarəti təmin etmək və sərfiyyata dair hesabat vermək.
17. Anbara giriş və çıxış yollarının və qapılarının işlək olmasını təmin etmək, bitişik ərazinin yığıştırılmasını təşkil və nəzarət etmək.
18. Mədaxil-məxaric və obyekt daxili rejimin həyata keçirilməsində Mühafizə Xidməti ilə əməkdaşlıq etmək.

İş şəraiti:

Əmək haqqı razılaşma yolu ilə müəyyənləşdirilir (İlk ay sınaq ayı və ə/h ödənilir)
İş rejimi: hər gün 8:00-19:00 (ayda 8 gün istirahət)
İstirahət günləri: işçinin öz təyinatı üzrə
seçilmişə
İş axtarıram
İşçi axtarıram
    İş axtaranın qeydiyyatı

    «Qeydiyyat» düyməsini basaraq siz bu kecid üzrə təqdim edilmiş istifadəçi şərtlərini qəbul edirsiniz.