Azərbaycanda və Bakıda iş axtarışı AZ | RU
Vakansiyalar CV
CV əlavə etmək

İşəgötürənin kontaktları

bütün kontaktları görmək üçün

Bu vakansiyanı itirməmək üçün onu seçilmişə əlavə edin

Universal usta

İşəgötürən: Sinteks LLC (1 vakansiya)

Zarifa Aliyeva,21

1996-cı ildə Bakı şəhərində əsası qoyulan Sinteks MMC bu gün Qafqaz və Mərkəzi Asiyada ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir.
SINTEKS öz üzərinə tanınmış beynəlxalq moda evlərindən tutmuş yeni yaranmış markalara kimi, dünyanın aparıcı moda brendlərini təmsil etməyi götürüb.
Şirkət dəb, zərgərlik və qida sahələrində 80-dən artıq mağazaya rəhbərlik edir.

Hal hazırda Təşkilatın infrastrukturunun idarəedilməsi şöbəsinə - Universal usta tələb olunur.

Tələblər:

• Orta-texniki təhsil
• Müvafiq sahə üzrə sertifikatların olması
• Təmir-bərpa işlərində usta vəzifəsi üzrə 3 il iş təcrübəsi
• Təsərrüfat işlərinin aparılmasında və ya əlaqəli sahədə təsdiq olunmuş iş təcrübəsi
• Elektrik və mexaniki nasazlıqları aradan qaldılmaq bacarığı
• Xüsusi profilaktik və texniki xidmətin göstərilməsi bacarığı
• Məişət avadanlıqlarını təmir etmək bacarığı
• Hündürlükdə işləmək bacarığı
• Elektrik və mexaniki alətlərin konstruksiyasını və texniki istismar qaydalarını bilmək
• Tikinti/təmir, təhlükəsizlik və yanğınsöndürmə tədbirləri ilə bağlı standartlar və yerli qanunvericilik üzrə biliklər

Vəzifələr:

• Tapşırılan işləri vaxtı-vaxtında, keyfiyətli və təhlükəsiz şəkildə həll etmək.
• İş fəaliyətində şirkət tərəfindən təmin edilmiş ləvazimat, texnika, uni-forma, nəgliyyat və digər vasitələri qorumaq və istismar qaydalarına riayət etmək
• İş fəaliyətinə aydiyəti olmayan işlərə və bu təlimatda geyd olmayan digər işlərə müdaxilə etməmək, icazə olmadan və ya təlim almadan avadanlıq və digər texniki vasitələrdən istifadə və ya müdaxilə etməmək
• Rəngsaz və boya işlərinin görülməsi
• Primetiv elekrtik işlərinin görülməsi
• Montaj və demontaj işlərinin görülməsi
• Trimetiv san-texnik işlərinin görulməsi
• Hər yaranmış ciddi problemlər haqqında rəhbərliyə məlumat vermək.
• Zərurət yarandığı hallarda rəhbərliyin digər tapşırıqlarını həll etmək
• Fors-major hallarda 24\7 çağırışı hazır olmaq
• Kəşf etdiyi və ya işin effektliyini qaldıran ideyalar və təşəbüslər irəli sürmək
• Şirkətin daxili nizam-intizam, etik, subordinasiya qaydalarına riayət etmək
• Şirkətin məxfilik qaydalarına riayət etmək
• İşlərin icrası zamanı “Əməyin mühafizəsi” və “Texniki təhlükəsizlik” qaydalarına riayət etmək

İş şəraiti:

• İş fəaliyətində şirkət tərəfindən ləvazimat, texnika, uni-forma, nəgliyyat və digər vasitələr təmin edilir
• Həftədə 6 iş günü
• Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən işə qəbul, sosial sığorta, ödənişli məzuniyyət
seçilmişə
İş axtarıram
İşçi axtarıram
    İş axtaranın qeydiyyatı

    «Qeydiyyat» düyməsini basaraq siz bu kecid üzrə təqdim edilmiş istifadəçi şərtlərini qəbul edirsiniz.