İşəgötürənin kontaktları

bütün kontaktları görmək üçün

Bu vakansiyanı itirməmək üçün onu seçilmişə əlavə edin

İş ünvanı: Quba Y.Qasımov 66 Nizami parkı ilə üz üzə

HR meneceri

İşəgötürən: Shahdag Hotel Quba (2 vakansiya)

Yusif Qasımov küç., 66

Tələblər:

AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli;
İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olması;
İşəqəbul prosesinin əsas qaydalarını bilməli;
Elektron Hökumət Portalı ilə yüksək səviyyədə işləmə bacarığı;
Menecment, psixologiya, hüquq və ya insan resursları sahəsində ali təhsil;
Azərbaycan, rus və ingilis dillərini bilməli;
MS Office proqramlarını, xüsusilə MS Excel proqramını yaxşı səviyyədə bilməli;
İnsan resursları sahəsində azı 5 il iş təcrübəsi;

Vəzifələr:

– HR strategiyasının hazırlanması, izlənməsi və inkişaf etdirilməsi;
– Kadr tələbinin planlaşdırılması;
– Vəzifə təlimatlarının hazırlanması;
– Vəzifələr üzrə kvalifikasiya və səriştəlik tələblərinin müəyyən edilməsi;
– Vakansiyaların elan edilməsi və namizədlərin seçilməsi;
– İşə qəbul və oriyentasiya planının hazırlanması və proseslərinin idarə olunması;
– Kadr bazasının yaradılması;
– Şirkət daxili prosedurların hazırlanması;
– İşçilərin təlim və motivasiya ehtiyaclarının müəyyən olunması;
– Təlimlərin planlaşdırılması, həyata keçirilməsində təşkilatı işlərin idarə olunması;
– Xidməti fəaliyyətin qiymətləndirilməsi sisteminin qurulması, həyata keçirilməsi;
– İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması, əmək muqavilələrinin, vəzifə təlimatlarının hazırlanması, elektron Hökumət Portalına daxil edilməsi, social sığorta şəhadətnamələrinin sifariş olunması;
– Məzuniyyət qrafiklərinin, işəqəbul, xitam, məzuniyyət, ezamiyyə və s. əmrlərinin tərtib edilməsi.
– Aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması və dövlət orqanlarına təqdim olunması;
– Sosial müavinətlərin hesablanması;
– İşçilərin icbari sığortasının həyata keçirilməsi;
– Sənədləşmə işlərinin mövcud qanunvericiliyə uyğun aparılması;
– İşçilərin davamiyyət uçotunun aparılaması;
– İşçilər barədə hesabatların tərtib edilməsi, işçi axıcılığı və səbəblərinin müəyyənləşdirmək, axıcılığın aradan qaldırılması üçün tədbirlər hazırlamaq və həyata keçirtmək;
– İşçilər barədə məlumat bazasının yaradılması, yenilik və dəyişikliklərin daxil edilməsi;
– İnsan resursları departamentinə aidiyyəti hesabatları tərtib edilməsi və təqdim edilməsi;

İş şəraiti:

AR Əmək məcəlləsinə əsasən sənədləşmə
İş saatı qrafik üzrə ( 09:00 - 18:00 )
Yemek və qalmağa yer otel tərəfindən verilir
seçilmişə
Bakıda və Azərbaycanda iş elanları saytı AZ | RU

İş axtarıram
İşçi axtarıram
    İş axtaranın qeydiyyatı

    «Qeydiyyat» düyməsini basaraq siz bu kecid üzrə təqdim edilmiş istifadəçi şərtlərini qəbul edirsiniz.