Əmək haqqı müsahibə nəticəsi əsasında Azərbaycan:
 · Bakı

yenilənib: 28 avqust

Təcrübə
от 2 il
Qrafik
Tam iş günü
Təhsil
Ali
İşəgötürənin kontaktları

bütün kontaktları görmək üçün

Bu vakansiyanı itirməmək üçün onu seçilmişə əlavə edin

İş ünvanı: Bakı Şəhəri,Yasamal rayonu
Müsahibə ünvanı: Bakı şəhəri, K.Səfərəliyeva 64

Tikinti-quraşdırma işləri üzrə usta

Bu vakansiya işədüzəltmə şirkəti tərəfindən dərc olunub.
Işədüzəltmə şirkətinin xidmətləri ödənişsizdir.

İşəgötürən: 6-cı Mərtəbə (2 vakansiya)

K.Səfərəliyeva 62

Oxşar vakansiyalar

Tələblər:

Dil bilikləri - Azərbaycan dili
Komputer biliklərinə sahib olmaq

Vəzifələr:

İş cizgilərinə, işlərin istehsalat layihəsinə, istehsalat tapşırığına və normativ sənədlərinə uyğun, ustaya həvalə olunduğu sahədə tikinti-quraşdırma işləri üzrə tapşırıqların icrasını təmin edir.

İcra olunan işlərin texnoloji ardıcıllıqla aparılmasına və onların lazımi kefiyyətinin təmin edilməsinə nəzarət edir. Ehtiyac olduqda bölgü işlərini, texnoloji əməliyyatların gedişində geodeziya nəzarətini və tikinti-quraşdırma işlərinin həcminin ölçülməsini yerinə yetirir.

Material, konsruksiya və məmulatların qəbulunu, onların yığılmasını, qeydiyyat və hesabatını təşkil edir.

Sahədə tikinti maşınlarının mexanizmlərinin, nəqliyyat vasitələrinin səmərəli istifadə olunmasını, materialların qənaətlə işlədilməsini təmin edir

Sahədə briqadaları, habelə onların tərkibinə daxil olmayan manqa və ayrı-ayrı fəhlələri yerləşdirir, onlara istehsalat tapşırığı verir fəhlələrlə istehsalat təlimatı keçir.

İş görmək üçün, onların qiymət və vaxt normalarını göstərməklə, naryad verir, yerinə yetirilmiş işləri qəbul edir, həmin işlərə əmək haqqı naryadı doldurur, iş vaxtının; fəhlələrin hasilat normasının, boşdayanmalarının uçot sənədlərini tərtib edir.

İstehsalat tapşırıqlarının və daxil olan tikinti materiallarının, konstruksiyaların, məmulatların gündəlik operativ hesabatını təşkil edir. Əməyin elmi təşkilini tətbiq edir, qüvvədə olan hasilat normalarının fəhlələr tərəfindən mənimsənilməsinə və yerinə yetirilməsinə şərait yaradır.

Fəhlələrə dərəcələrin verilməsinə, briqadaların say və peşə ixtisas tərkibinin komplektləşdirilməsinə aid təkliflər verir.

Briqada və fəhlələrin alətlər, cihazlar, kiçik mexanikləşdirmə vasitələri, nəqliyyat, xüsusi geyim, qoruyucu vasitələr ilə təmin olunmasına nəzarət

İş yerlərinin atestasiyasını aparan komissiyanın tərkibinə daxil olur, işində iştirak edir.

Fəhlələri işin təhlükəsiz yerinə yetirilməsi metodları ilə tanış edir, bilavasitə iş yerlərində onları təlimatlandırır və bu barədə fəhlələrin təlimat keçməsi üzrə xüsusi jurnalda qeydlər aparır.

Texnoloji ləvazimatların (avadanlıqların) (taxta-şalban, ayaqaltılar, qoruyucu qurğular, bünövrə çalaları və xəndək divarlarının bərkitmələri, dayaq-konduktor və digər quryular) tiinti maşınları, enerji qurğuları, nəqliyyat vasitələrinin və işçilərin, qoruyucu vasitələrinin təyinatına uyğun istifadə edilməsini təmin edir.[2]

Ağır yüklərin daşınmasında, normalara riayət edilməsini, iş yerlərinin təhlükəsizlik nişanları, xebərdaredici yazılar və plakatlarla təmin olunmasına nəzarət edir.

İş yerlərinə, sanitar-məişət otaqlarına, sahənin ərazisinə kənar adamların daxil olmasına icazə vermir.

İş yerlərində, keçid öz magistrala çıxan yollarda təmizliyə və qayda-qanuna riayət edilməsini, kranaltı yolların düzgün saxlanılmasını və istismar edilməsini təmin edir,

Hər gün işə başlamazdan əvvəl təhlükəsizlik texnikasının vəziyyətini yoxlayır və aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün tədbirlər görür, təhlükəsizlik texnikası və istehsalat sanitariyası qaydalarının pozulmasının araşdırmaları haqqında fəhlələrlə müntəzəm söhbətlər aparır.

Fəhlələrin əmək mühafizəsi üzrə təlimatlara, istehsalat və əmək intizamına əməl etməsinə nəzarət edir.

Əməyin qabaqcıl metod və üsullarının tətbiqinə şərait yaradır.

İş şəraiti:

Əmək Məcəlləsinə əsasən sənədləşmə
İş saatı: 6 günlük (09:00-18:00)
Bakıda və Azərbaycanda iş elanları saytı AZ | RU

İş axtarıram
İşçi axtarıram
    İş axtaranın qeydiyyatı

    «Qeydiyyat» düyməsini basaraq siz bu kecid üzrə təqdim edilmiş istifadəçi şərtlərini qəbul edirsiniz.