Əmək haqqı müsahibə nəticəsi əsasında Azərbaycan:
 · Bakı

yenilənib: 3 sentyabr

Təcrübə
от 3 il
Qrafik
Tam iş günü
Təhsil
Ali
İşəgötürənin kontaktları

bütün kontaktları görmək üçün

Bu vakansiyanı itirməmək üçün onu seçilmişə əlavə edin

İş ünvanı: Yusif Səfərov 1A

Mühəndis Smetaçı

İşəgötürən: Titan Group (2 vakansiya)

Yusif Səfərov küç.,1A/2

Tələblər:

Müvafiq sahədə Ali təhsil (İnşaat fakultəsi/ İnşaat mühəndisi)
Kompyuter Bilikləri: MS Office; AUTOCAD ; 1C (Üstünlükdür)
Dil Bilikləri: Azərbaycan və Rus dillərində sərbəst ünsiyyət qura bilmə qabiliyyyəti
Smetaçı Mühəndis olaraq 3 (beş) il iş təcrübəsi (Tikinti şirkətlərində iş təcrübəsi üstünlük təşkil edəcək)

Bilməlidir:
• Tikinti materiallarının növləri və xüsusiyyətlərini
• Tikinti texnologiyasını
• Tikinti norma və qaydalarını, material sərfi normalarını
• Smeta sənədlərinin hazırlanması üçün ümumi tikinti işləri həcminin təhlili və hesablanmasını
• Smeta sənədlərinin hazırlanması üçün normativ sənədləri və digər metodiki göstərişləri

Vəzifələr:

Verilmiş layihələrə əsasən Tikinti Norma və Qaydaların tələblərinə uyğun normativ sənədlərin, smetaların hazırlanması və ya dəyişiklik zamanı onlara düzəlişlərin edilməsi;
Tikinti quraşdırma, Rekonstruksiya və təmir işləri üçün işçilik, əmək haqqı, inventar ,maşın-mexanizm və s. xərclərinin normativlərinin və vahid həcm üçün qiymətlərinin hesablanması;
Əsaslı tikinti-quraşdırma və təmir işləri üçün təklif və razılaşma qiymətləri hesablamalarını analiz etmək və smeta sənədlərini hazırlamaq;
Layihələr üzrə smeta sənədlərinin uçotunun aparılması və smeta maliyyə hesablamalarının sistemləşdirilməsi
Qiymət təkliflərinin, tikinti quraşdırma işlərinin yerinə yetirilmə metodlarının və təqvim planlarının hazırlanması;
Layihələrdə iş həcmlərinin və materialların miqdarının hesablanması; bazar qiymətlərinə uyğunluğunun yoxlanılması
Hazırlanmış smetaya uyğun olaraq texniki nəzarətin həyata keçirilməsi;
Layihə barəsində aylıq texniki hesabatların verilməsi.

İş şəraiti:

- AR Əmək Məcəlləsinə uyğun sənədləşmə:
- İş qrafiki: 5 günlük iş həftəsi: 09:00 - 18:00
- İstirahət: Şənbə və Bazar günləri
- Əmək haqqı yüksəkdir
Bakıda və Azərbaycanda iş elanları saytı AZ | RU

İş axtarıram
İşçi axtarıram
    İş axtaranın qeydiyyatı

    «Qeydiyyat» düyməsini basaraq siz bu kecid üzrə təqdim edilmiş istifadəçi şərtlərini qəbul edirsiniz.