Əmək haqqı müsahibə nəticəsi əsasında Azərbaycan:
 · Bakı

yenilənib: 4 sentyabr

Qrafik
Tam iş günü
Təhsil
Ali
İşəgötürənin kontaktları

bütün kontaktları görmək üçün

Bu vakansiyanı itirməmək üçün onu seçilmişə əlavə edin

İş ünvanı: Əhməd Rəcəbli 208
Antaris MMC

Korporativ Satış Mütəxəssisi

İşəgötürən: Antaris MMC (3 vakansiya)

H.Əliyev pr.

Oxşar vakansiyalar

Tələblər:

Təcrübə və Texniki bacarıqlar:
• Bazar araşdırması və analizi texnikaları
• Satış texnikaları baradə biliklər
• Xarici dil bilikləri: İngilis və ya Rus dili. İkisindən birini B2 səviyyədə bilmək
• Təqdimat bacarıqları, texnikaları
• Texnolojik məlumatlılıq (yeni texnologiyalara sürətli adaptasiya)
• Planlama qabiliyyəti (tələbin planlanması)

Emosional bacarıqlar və vərdişlər:
• Detallara diqqətli olma
• Müzakirə və inandırma qabiliyyəti
• Kritik düşünmə və təhlil
• Problemlərə həll edici yanaşma
• Yeniliyə açıqlıq

Vəzifələr:

• Hədəf müştəri siyahısı üzrə təyin olunmuş müştəriləri analizi etmək və fərdi satış planın hazırlamaq
• Ilkin satış planı hazır olduqdan sonra onun virtual qovluğa (google docs) köçürmək
• Satış planı və şöbə ilə əlaqəli iclaslarda iştirak etmək
• Hər ayın sonu satış planın icrası ilə bağlı hesabatın hazırlayaraq virtual qovluğa köçürmək
• Hədəf müştəri siyahısına və iş bölgüsünə əsasən müştəriləri cəlb etmək
• Təyin edilmiş potensial müştəriləri/şirkətləri analiz etmək və müvafiq yanaşmaların planlamaq
• Hədəf müştərilərlə görüşlər keçirmək və virtual qovluqda qeydiyyatın etmək
• Mərkəzi məlumat bazasında (1C) sifariş siyahısını hazırlamaq
• Ödənişlərin həyata keçirilməsini təmin etmək
• Hər ayın sonu müştərilərlə keçirilən görüşlərin nəticələrini virtual qovluğa köçürmək
• Özünə təhkim olunmuş Satış İcraçısının (Sİ) işlərini izləmək, problem olduqda Sİ-nın rəhbərlərini məlumatlandırmaq
• Protfeliosundakı müştəriləri daima diqqətdə saxlamaq, münasibətlərin qaydasında olduğuna əmin olmaq

İş şəraiti:

• Əmək haqqı razılaşma ilə təyin ediləcək
• İş yeri: Əhməd Rəcəbli 208 (Xəritədə bax: https://goo.gl/maps/tCiQJV9KHx12 )
• İş günlərinin sayı 5 gün, şənbə günü gərəkli hallarda sistemə uzaqdan qoşulma
• Biznes məhsuldarlığı baxımından əhəmiyyətli olan təlimlər/ezamiyyətlər ilə təmin olunacaq

FAQ:
1. Bu vəzifə üçün inkişaf perspektivi nədir?
Sürətlə dəyişən bir şirkətə gələcəyi üçün müxtəlif istiqamətlər üzrə yüksəliş imkanları yarana bilər. Növbəti vəzifə yüksəlişi Korp. Satış üzrə baş mütəxəssis ola bilər. Bununla paralel olaraq gələcək istənilən adam konkret olaraq "x" bir müddətdə "x" bir vəzifəyə yüksələcək deyə də bir şey yoxdur, hər bir halda bunun üçün həm fürsətlər açılmalı həmdə şəxs özü bu istiqamətdə inkişaf etməldir.

2. Əmək haqqı və ümumi qazanc necədir?
İlk 6 ay - bir il ərzində fix maaş təyin olunur. Satışdan faizə keçid etməyə özü hazır ola bildiyi vaxt fix+% əmək haqqı sisteminə keçir.

3. Məzuniyyət verilirmi?
Bəli, qanunvericiliyə uyğun olaraq aparılır bütün bu tipdə proseslər.

4. Hansı məhsuları satacaq?
Zəhmət olmasa saytımıza daxil olun, orada həm müştərilərimizin bir neçəsin həmdə məhsullar çeşidlərimizi görə bilərsiniz.

5. Dress code varmı?
Bəli, rəsmi geyim üslubu korporativ satış bölməmizdə mütləqdir.
Bakıda və Azərbaycanda iş elanları saytı AZ | RU

İş axtarıram
İşçi axtarıram
    İş axtaranın qeydiyyatı

    «Qeydiyyat» düyməsini basaraq siz bu kecid üzrə təqdim edilmiş istifadəçi şərtlərini qəbul edirsiniz.