Əmək haqqı müsahibə nəticəsi əsasında Azərbaycan:
 · Daşkəsən
 · Goranboy
 · Gəncə

yenilənib: 9 sentyabr

Təcrübə
от 10 il
Qrafik
Tam iş günü
Təhsil
Ali
İşəgötürənin kontaktları

bütün kontaktları görmək üçün

Bu vakansiyanı itirməmək üçün onu seçilmişə əlavə edin

İş ünvanı: Gəncə ş., Daşkəsən və Goranboy rayonları
Müsahibə ünvanı: Gəncə ş.

İcma əsaslı Turizm üzrə İşçi

İşəgötürən: Kənd Yaşıl Turizminin İnkişafına Dəstək İctimai Birliyi (KYTİD) (1 vakansiya)

Ö.F.Nemanzadə k.,8

Oxşar vakansiyalar

  • Əmək haqqı
    müsahibə əsasında
    Turizm agenti SE-RA PRO GROUP MMC

Kənd Yaşıl Turizminin İnkişafına Dəstək İctimai Birliyinin (KYTİD) başlıca məqsədi insan potensialının inkişafı, məlumat və resurs ötürülməsi yolu ilə ölkənin turizm imkanlarının davamlı inkişafını dəstəkləməkdir.
KYTİD İctimai Birliyinin "Azərbaycanın Daşkəsən, Goranboy və Samux rayonlarında aztəminatlı kənd ailələrinin sosial-iqtisadi imkanlarının gücləndirilməsinə və inkişafına dəstək" (SEEDS) layihəsi çərçivəsində təşkilatın mandatı üzrə fəaliyyətləri icra etmək üçün aşağıda göstərilən vəzifəyə güclü şəxsi keyfiyyətləri və peşəkar bacarıqları olan (kişi və ya qadın) təcrübəli mütəxəssis axtarır.

Layihənin ümumi təsviri

SEEDS layihəsi özünün ümdə məqsədi kimi Daşkəsən, Goranboy və Samux rayonlarında iqtisadi inkişafın təkanına və iş yerlərinin yaradılmasına dəstək olmağı hədəf götürmüşdür. SEEDS layihəsi Avropa Birliyinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin “Regional və Kənd yerlərinin İnkişafına Dəstək” Proqramı çərçivəsindəmaliyyələşdirilir və SEEDS layihəsinin əsas icraçı təşkilatı olan SOS Uşaq Kəndləri-Azərbaycan Assosiasiyası İctimai Birliyi tərəfindən icra olunur.

Tələblər:

• Turizm Menecmenti,İqtisadiyyat, Marketinq və s. uyğun sahə üzrə ali təhsil
• Kənd turizmi, icma səfərbərçiliyi üzrə təcrübə
• İcma əsaslı turizm xidmətlərini təşviq etmək bacarığı
• Qonaq evlərinin layihəyə cəlbinə və xidmətlərinin inkişaf etdirilməsinə dəstək vermək bacarığı
• Məqsəd qruplarına qonaqlama xidmətlərinin inkişafı üzrə təlimlərin keçirilməsi bacarığı
• Kənd sakinlərindən seçilmiş şəxslərə bələdçilik xidmətləri üzrə təlimlərin keçirilməsi bacarığı
• Ekoloji turizm sahəsində təcrübə
• Hədəf ərazilərin ətraf mühitinə dair məlumatlılıq
• Yaxşı hesabatlılıq və analitik düşünmə bacarığı
• Yüksək təqdimetmə, nitq mədəniyyəti və ünsiyyət bacarıqları
• Vaxtın idarəolunması və gərgin iş şəraitində işləmək bacarıqları
• MS Office proqramlarında mükəmməl işləmək bacarıqları

Üstünlük verən əlavə meyarlar
• Sosial bacarıq və müxtəlif maraqlı tərəflərlə əlaqəli olmaq qabiliyyəti
• Proaktiv yanaşma
• QHT sektorunda iş təcrübəsi
• Özünü motivə edən, qərarlı, innovativ və "edə bilər" zehniyyəti
• Yazılı hesabatların hazırlanmasında yaxından iştirakçılıq
• İngilis dilini bilmək

CV-lər 20 sentyabradək qəbul edilir

Vəzifələr:

- kənd turizminə uyğun kəndlərin seçimi
- kənd qonaq evlərinin seçimi
- kənd sakinlərinə turizm xidmətləri üzrə təlimlərin keçirilməsi
- ətraf ərazidə bələdçilik xidmətlərinin göstərilməsi

İş şəraiti:

AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
5 iş günü
s.9.00-18.00
kəndlərə səfər zamanı nəqliyyatla təminat
Bakıda və Azərbaycanda iş elanları saytı AZ | RU

İş axtarıram
İşçi axtarıram
    İş axtaranın qeydiyyatı

    «Qeydiyyat» düyməsini basaraq siz bu kecid üzrə təqdim edilmiş istifadəçi şərtlərini qəbul edirsiniz.