Əmək haqqı müsahibə nəticəsi əsasında Azərbaycan:
 · Bakı

yenilənib: 2 oktyabr

Təcrübə
от 5 il
Qrafik
Tam iş günü
Təhsil
Ali
İşəgötürənin kontaktları

bütün kontaktları görmək üçün

Bu vakansiyanı itirməmək üçün onu seçilmişə əlavə edin

ARCH PROJECT MMC

İş icraçısı

rəhbərlər
 

İşəgötürən: ARCH PROJECT MMC (1 vakansiya)

İsmayıl bəy Qutqaşınlı, ev 80, 1-ci blok, 12-ci mərtəbə, mənzil 33

Tələblər:

• Ali təhsil (Sənaye və mülki tikinti);
• Tikinti layihələrində ən azı 5 illik iş təcrübəsi;
• Son 2 ildə qeyd olunmuş vakansiya ilə bağlı iş təcrübəsi olmalı;
• Azərbaycan / rus dil bilikləri;
• Məsuliyyətli, dəqiq ,peşəkar və komanda şəklində işləməyi bacaran;
• Komputer bilikləri: Microsoft Office , Autocad proqramlarını bilməli;
• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilməli;
• İqtisadiyyatın, eləcə də istehsalatın, əməyin, idarəetmənin təşkilinin əsaslarını bilməli;
• Podrat təşkilatlarının sifarişçi və subpodrat təşkilatlarla qarşılıqlı münasbətlərinin nizamlama qaydalarını bilməli.

Vəzifələr:

• Sahənin istehsal-təsərrüfat fəaliyyətinə, tikintidə işlərin aparılmasına rəhbərlik edir, tam idarəetmə funksiyasını yerinə yetirir.
• Obyektlərin müəyyən edilmiş vaxtda istismara verilməsi üzrə tapşırıqların, eləcədə tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin bütün kəmiyyət və keyfiyyət göstəriciləri üzrə yerinə yetirilməsini təmin edir.
• Tikinti-quraşdırma işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə, texnoloji xəritələrə, əmək proseslərinin xəritələrinə və digər normativ sənədlərə uyğun təşkil edir.
• Sahədə tikinti-quraşdırma işlərinin texnoloji ardıcıllıqla aparılmasını təmin edir.
• İşlərin kompleks mexanikləşdirmə səviyyəsinin yüksəldilməsi, yeni texnika və əməyin elmi təşkilinin tətbiqi, əmək məhsuldarlığının yüksəldilməsi üçün ehtiyatlardan istifadə edilməsi, tikinti-quraşdırma və buraxılmış-sazlama işlərinin dəyərinin azaldılması, materiallardan qənaətlə istifadə edilməsi üzrə tədbirləri yerinə yetirir.
• Əməyin qabaqcıl üsul metodlarının tətbiqi üzrə iş aparır və tikinti işləri ilə bağlı özünün səmərəli təkliflərini rəhbərliyə bildirir.
• Fəhlələrin əmək mühafizəsi təlimatlarına əməl etməsinə nəzarət edir.
• Kollektivdə tərbiyəvi iş aparır, işə tam məsuliyyətlə yanaşır və tabeçiliyində olanların da işə məsuliyyət daşımaları üçün fərdi tədbirlər aparır.
• Fəhlələrin ixtisasının artırılmasını təşkil edir.
• Mühafizə olunan zonalarda işlərin istehsalına icazə verən buraxılışları tərtib edir.
• Tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin həcmini, icrası nəzərdə tutulan tapşırıqları müəyyən edir və onların icrasına nəzarət edir.
• Rəhbərliyin göstəriş, tapşırıq və tələblərini vaxtı-vaxtında, yüksək əzmkarlıqla yerinə yetirir.

İş şəraiti:

Əmək haqqı razılaşma yolu ilə müəyyənləşdirilir
(İlk ay sınaq ayı və ə/h ödənilir)
Bakıda və Azərbaycanda iş elanları saytı AZ | RU

İş axtarıram
İşçi axtarıram
    İş axtaranın qeydiyyatı

    «Qeydiyyat» düyməsini basaraq siz bu kecid üzrə təqdim edilmiş istifadəçi şərtlərini qəbul edirsiniz.