Azərbaycanda və Bakıda iş axtarışı AZ | RU
Vakansiyalar CV Uzaqlaşdırılmış iş
CV əlavə etmək

Bu vakansiyanı itirməmək üçün onu seçilmişə əlavə edin

İş ünvanı: Nəsib bəy,Yusifbəyli küç.,75B
"Atəşgah" Sığorta Qrupu

Korporativ satış şöbəsinin mütəxəssisi

İşəgötürən: "Atəşgah" Sığorta Qrupu (0 vakansiya)

Bakı şəh, AZ1110, Nəsib bəy Yusifbəyli küç. 75B

Tələblər:

• Yaş: 23-35
• Təhsil: Ali
• İş təcrübəsi: Müştəri xidmətləri, satış sahəsində (həmçinin sığorta və ya bank sahəsində) olanlara üstünlük verilir
• Dil bilikləri: Azərbaycan (əla), əlavə olaraq Rus (əla) mütləqdir ,İngilis dili (arzuolunandır)

Vəzifələr:

• Potensial korporativ müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
• Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu təklif etmək;
• Sığorta qaydaları haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək;
• Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;
• Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq;
• İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək.

İş şəraiti:

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 - 17:30
• İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
• Şirkət tərəfindən görüşlər üçün sürücü və avtomobil təqdim olunur
• Əmək haqqı : 500azn + rüblük bonus
• İş yeri : Baş ofis
seçilmişə
İş axtarıram
İşçi axtarıram
    İş axtaranın qeydiyyatı

    «Qeydiyyat» düyməsini basaraq siz bu kecid üzrə təqdim edilmiş istifadəçi şərtlərini qəbul edirsiniz.