Azərbaycanda və Bakıda iş axtarışı AZ | RU
Vakansiyalar CV Uzaqlaşdırılmış iş
CV əlavə etmək

Bu vakansiyanı itirməmək üçün onu seçilmişə əlavə edin

İş ünvanı: Bakı şəhəri

Rus dili müəllimi

İşəgötürən: İnnova Group Məhdud Məsuliyyətli Cəmiyyəti (0 vakansiya)

Bakı şəhəri, Yasamal rayonu

Oxşar vakansiyalar

Rus dili müəllimi tələb olunur

Tələblər:

- Yalnız xanım namizədlər,
- Yaş həddi 22-40,
- Ali təhsil (rus dili üzrə),
- Müvafiq sahə üzrə azı 2 il iş təcrübəsi (ixtisas üzrə iş təcrübəsi olan şəxslərə üstünlük verilir),
- Azərbaycan və rus dillərində sərbəst danışıq,
- Fərdi və qrup şəklində tədris bacarığı,
- Müxtəlif yaş qrupları ilə işləmək bacarığı,
- İşə ciddi və məsuliyyətli yanaşmaq,
- Peşəsinə yüksək motivasiya ilə yanaşma,
- Fərdi və komandada işləmək bacarığı,
- Yüksək çalışmaq və öyrətmək həvəsi,
- Qrupun idarə edilməsi bacarığı,
- Müasir təlim və tədris metodlarını tətbiq etmək bacarığı,
- Eyni anda başqa təhsil mərkəzləri ilə əməkdaşlıq etmək istəyənlər bizə uyğun deyil. Təlimçinin bütün enerjisi ilə və qəlbən bizimlə olması vacib şərtdir.

Vəzifələr:

- Təhsil mərkəzi tərəfindən müəyyən edilmiş proqram əsasında rus dilinin fərdi və ya qrup şəklində tədris edilməsi,
- Tələbələrin inkişafına nəzarət edilməsi və müntəzəm olaraq biliklərinin yoxlanılması,
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsi,
- Rəhbərliyə gündəlik hesabatların verilməsi,
- Gün sonunda bütün iş barədə rəhbərliyə məlumat vermək.

İş şəraiti:

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə (əmək kitabçası ilə),
- İş qrafiki: həftədə 6 gün (bəzi günlər saat 10:00-dan 19:00-dək, bəzi günlər isə saat 11:30-dan 20:30-dək),
- Hər ay sabit maaş, əlavə olaraq tələbələrin müvəffəqiyyətlərinə görə mükafat,
- Əmək haqqı barədə intervyu zamanı daha detallı məlumat veriləcək. Bu namizədin təcrübəsindən və təklif etdiyi qrafiklərdən asılı olaraq dəyişə bilir.
Fotoşəkilsiz müraciətlərə baxılmayacaqdır.
seçilmişə
İş axtarıram
İşçi axtarıram
    İş axtaranın qeydiyyatı

    «Qeydiyyat» düyməsini basaraq siz bu kecid üzrə təqdim edilmiş istifadəçi şərtlərini qəbul edirsiniz.