Azərbaycanda və Bakıda iş axtarışı AZ | RU
Vakansiyalar CV Uzaqlaşdırılmış iş
CV əlavə etmək
400 AZN Azərbaycan:
 · Bakı

yenilənib: 18 sentyabr

Təcrübə
от 1 il
Qrafik
Tam iş günü
Təhsil
Ali

Bu vakansiyanı itirməmək üçün onu seçilmişə əlavə edin

İş ünvanı: Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan, ev 26F
GM dezinfeksiya şirkəti

Tibbi nümayəndə

uzaqdan işləmək mümkündür
 

İşəgötürən: GM dezinfeksiya şirkəti (1 vakansiya)

Binəqədi rayonu, Cəfər Xəndan, ev 26F

Oxşar vakansiyalar

Tələblər:

- Xanım və ya kişi namizəd (şəxsi nəqliyyat vasitəsinin olması arzu olunandır);
- Yaş həddi: 23-40 yaş arası;
- Azərbaycan dilini mükəmməl bilməli (Rus dili biliyi arzu olunandır)
- Təhsil: Ali tibb təsilli (Tibbi profilaktika fakültəsi tələbələri arzu olunandır);
- Virus və bakteriyalar, həşaratlar sinifi (qanadlı həşəratlar, tarakankimilər, düzqanadlılar, bitlər, bərabərqanadlılar, birələr, sərtqanadlılar və ya böcəklər, ikiqanadlılar, pulcuqlu qanadlılar,pərqanadlılar və s.), gəmiricilər (xüsusi ilə sinantrop gəmiricilər), məhsulların içərisində rastlanıla biləcək ziyanverici həşaratlar və digər canlılarla (ilan, əqrəb, quş, it, pişik və s.) mübarizə sahəsində təcrübə;
- Müştərilərlə işləmək və ünsiyyət qura bilmək bacarığı.
Aşağıdakıları bilməlidir:
• dezinfeksiya, dezinseksiya və deratizasiya üçün tətbiq edilən vasitələrin növlərini, xüsusiyyətlərini və hazırlanması üsullarını;
• dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılması zamanı şəxsi və ictimai təhlükəsizlik tədbirlərini;
• zəhərli kimyəvi preparatlarla işin təhlükəsizliyi qaydasını;
• fərdi müdafiə vasitələrindən istifadə qaydasını;
• zəhərli kimyəvi preparatların vurulması üçün dezinseksiya maşınlarının və aparatlarının quruluşu və iş prinsiplərini;

Vəzifələr:

- Müştərilərin cəlb edilməsi və xidmət haqqında məlumatlandırılması (ən əsas);
- Viruslar, zərərverici həşaratlar və gəmiricilərə qarşı mübarizə işinin təşkil edilməsi;
- Müəssisələrin zərərvericilərlə mübarizə çərçivəsində tədqiq edilməsi;
- Əməyin təhlükəsizliyi və işçinin sağlamlığı ilə əlaqədar sanitariya, gigiyena, ekoloji və yanğından mühafizə qaydalarına riayət olunması;
- Müəssisə daxilindəki avadanlıqlara nəzarət edilməsi.

İş şəraiti:

Əmək haqqı: fiks 400-600 manat + xidmət haqqının 10%-i
İş qrafiki: I-V günlər 09.00-18.00, şənbə- bazar günü istirahət.
İş axtarıram
İşçi axtarıram
    İş axtaranın qeydiyyatı

    «Qeydiyyat» düyməsini basaraq siz bu kecid üzrə təqdim edilmiş istifadəçi şərtlərini qəbul edirsiniz.