Azərbaycanda və Bakıda iş axtarışı AZ | RU
Vakansiyalar CV Uzaqlaşdırılmış iş
CV əlavə etmək
400 — 2 000 AZN Azərbaycan:
 · Bakı

yenilənib: 29 noyabr

Təcrübə
от 2 il
Qrafik
Tam iş günü
Təhsil
Ali

Bu vakansiyanı itirməmək üçün onu seçilmişə əlavə edin

İş ünvanı: Lev Tolstoy 133
VeloKuryer

B2B satış təmsilçisi

uzaqdan işləmək mümkündür
 
rəhbərlər
 

İşəgötürən: VeloKuryer (2 vakansiya)

Lev Tolstoy 133

2015 – ci ildən logistika sahəsində rəsmi fəaliyyətə başlayan VeloKuryer təklif etdiyi kuryer xidmətləri ilə rəqiblərindən sürəti, rahatlığı və istifadəçi məmnuniyyəti ilə seçilir.
VeloKuryer.az

Tələblər:

Azərbaycan və rus dilində səlis danışıq və yazı qabiliyyəti vacib, ingilis dili orta səviyyədə,
B2B sektorunda 1 il-dən çox təcrübə,
Yaşı 25 – dən yuxarı, səliqəli, səmimi, aktiv, və ən əsası əla dinləmə bacarığı,
Satış və istifadəçi yönülmü düşüncə tərzi,
Aktiv satış, yüksək ünsiyyət və prezentasiya bacarıqları,
Gərgin mühit və qrafikdə məhsuldar işləmə bacarığı,
Məsuliyyətli, inkişafa meylli, yeniliyi tətbiq etməyi sevən və komanda ilə işləmək bacarıqlı.

Vəzifələr:

Rəhbərliyə günlük, həftəlik və aylıq fəaliyyət hesabatının məruzəsi,
Korporativ email ünvanına daxil olan müraciətlərin cavablandırılması və əməkdaşlıq sorğularının icrası,
Korporativ idarəetmənin prinsiplərini bilməli,
Email vasitəsilə ünsiyyət bacarığı olmalı,
Sərgi və tenderləri izləməli və onlarda iştirak üçün müraciət etməli,
Detallara diqqətli, inandırma qabiliyyətli, kritik düşünə bilməli,
Rəqabət mühitini anlamalı və uyğun tələbatı müəyyənləşdirilməli,
CRM və MC Office əsasən də Excell və PowerPointdə faydalı işləmə təcrübəsi,
Yeni müştərilərin qazanılması üçün mütəmadi görüşlərin təşkili və icrası.

İş şəraiti:

İş saatları həftə içi 5 gün 10:00 -19:00, 6-cı gün 10:00 – 16:00. (işin gedişatından asılı olaraq 5 günlük iş rejiminə keçmə imkanı)
Şirkət tərəfindən təqdim olunan korporativ nömrə,
5 illik fəaliyyətimiz ərzində yığılmış məlumat bazasından istifadə imkanları,
Şəhərin mərkəzində yerləşən ofis.
İş axtarıram
İşçi axtarıram
    İş axtaranın qeydiyyatı

    «Qeydiyyat» düyməsini basaraq siz bu kecid üzrə təqdim edilmiş istifadəçi şərtlərini qəbul edirsiniz.