Azərbaycanda və Bakıda iş axtarışı AZ | RU
Vakansiyalar CV IT sahəsində iş
CV əlavə etmək

Bu vakansiyanı itirməmək üçün onu seçilmişə əlavə edin

İş ünvanı: Babək prospekt
Müsahibə ünvanı: Badamdar q.,Mikayıl Müşfiq 2A
Radius Təkər mərkəzi

Baş mühasib

İşəgötürən: Radius Təkər mərkəzi (0 vakansiya)

Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küç. 2A

"Radius Plus" MMC Baş mühasib vakansiyasını açıq elan edir

Tələblər:

- Cins: xanımlar
- Yaş həddi: 28-38 yaş
- Ali təhsil (maliyyə, iqtisadiyyat və ya iqtisadiyyatla bağlı digər sahələr) 
- Maliyyə və mühasibat sahəsi üzrə ən az 5 il iş təcrübəsi 
- Vergi və əmək qanunvericilik  
- Dil bilikləri: Azərbaycan və Rus dilləri səlis (İngilis dilini bilənlərə üstünlük veriləcək) 
- Programlar: 1C, MS Office (əsasən Excel, Word və Outlook) proqramlarında sərbəst işləmək bacarığı 
- Yaşayış qeydiyyatı: Bakı şəhəri 
- Şəxsi keyfiyyətlər: Analitik təhlil bacarıqlı, məsuliyyətli, punktual, diqqətli, ünsiyyətcil və çalışqan 
- Komandada işləmək bacarığına malik olan

Vəzifələr:

- Vergi, DSMF, Statistika, Məşğulluq hesabatlarının vaxtında və düzgün tərtib etməsi və müvafiq ünvanlara göndərilməsi 
- Gündəlik və aylıq hesabatların yoxlanılması 
- Vergi hesab fakturalarının yazılması 
- Hesab-fakturaları, qaimə-fakturaları və digər xərc sənədlərini tərtib edilməsi 
- Əmək haqqı, məzuniyət, tabel cədvəli və digər mühasibat cədvəllərinin tərtib edilməsi 
- Bank əməliyyatlarının və ciddi hesabat blanklarının düzgün yazılmasına nəzarət edilməsi, həmçinin onların uçotunun aparılması 
- Debitor ve kreditor hesablarının aparılması və onlara nəzarət edilməsi 
- Anbara nəzarət edilməsi 
- Xəzinə əməliyyatlarının 1C proqramında nəzarət edilməsi 
- Gündəlik qaimə hesab fakturalarının yazılması 
- 1С proqramında məlumatların operativ daxil edilməsi və digər əməkdaşlar tərəfindən daxil edilən məlumatların yoxlanılmasını təmin edilməsi 

İş şəraiti:

- İş saatı : 09:00-18:00
- İş rejimi: Həftənin 6 günü; istirahet günü - bazar
seçilmişə

Aşağıdaki rubrikalarda vakansiyalara baxmaq:

İş axtarıram
İşçi axtarıram