“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC Sumqayıt, Cəlilabad, Quba, İsmayıllı, Tovuz, Bərdə, Ağdaş filialları üçün Kredit sahəsi üzrə Təcrübə Proqramı elan edir.
Tələblər:
• Ali təhsil;
• Azərbaycan dilində sərbəst danışmaq və yazmaq;
• Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı.
Vəzifələr:
Proqram kredit və bank sahəsinə marağı olan ali təhsilli gənclərə təcrübə qazanmaq və gələcək karyerasını KredAqro BOKT-da qurmaq imkanını yaradır. Ali təhsilini yenicə başa vurmuş, bu sahədə potensialı olub iş axtarışında olan gənclər müraciət edə bilərlər.
İş şəraiti:
• İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
• Kredit sahəsində praktiki və nəzəri biliklərə yiyələnmə şansı;
• Təşkil olunan Təlimlərdə iştirak;
• Təcrübə proqramını uğurla başa vuran namizədlərin təşkilatımızda işlə təmin olunması.