AVVA mağazalar şəbəkəsi mağaza üzrə menecer vakansiyası elan edir
Tələblər:
- İş təcrübəsi: Sahə üzrə 4 ildən çox
- Yaş 27 - 40
- Ali təhsil arzu olunandır
- Yüksək təşkilati bacarıqları (idarəçilik qabiliyyəti, məqsədyönlülük, yaradıcı yanaşma və s.)və məsuliyyətli olmalı
- Satış texnikası və prinsiplərini bilmək
- Alıcılara keyfiyyətli xidmət standartlarını, xidmətin təşkili metodlarını bilmək
- İşgüzar davranış etikası
- Xoşgörünüşlü
- Azərbaycan dili (əla), rus dili, ingilis dili və ya digər xarici dil bilikləri arzu olunandır
- Kompüter bilikləri
Vəzifələr:
• Personalın öz vəzifə təlimatlarının və digər daxili normativ sənədlərin tələblərini dəqiq yerinə yetirmələrini təşkil etmək və nəzarət etmək;
• Müştərilərdən daxil olan hər bir informasiyaya operativ reaksiya vermək və səlahiyyətləri daxilində həll etmək;
• Alıcılara keyfiyyətli xidmətin təşkil olunmasına nəzarət etmək;
• Mağaza heyəti tərəfindən müştəri məmnuniyyətinin təmin edilməsinə nəzarət etmək;
• Mağazanın fəaliyyətinə aid hesabatların təqdim edilməsi;
• Mağaza çalışanlarına düzgün satış strategiyasını öyrətmək və gündəlik təlimatlandırmaq;
• Mağazada xidmət standartlarının həyata keçirilməsi;
• Personala rəhbərlikdən alınan əmr və göstərişləri çatdırmaq və icrasına nəzarət etmək;
• Personalın daxili nizam-intizam qaydalarına əməl etmələrinə nəzarət etmək;
• Mağazanın fəaliyyətini itki və xərclərin azaldılması hesabına optimallaşdırmaq;
İş şəraiti:
• Həftədə 6 gün, iş qrafiki növbəlidir
• 700AZN və satışdan faiz
• AR Əmək Qanunvericiliyinə uyğun rəsmiləşmə