Azərbaycanın ən böyük mebel istehsalçılarından biri olan “Damla Mebel” MMC 2012-ci ildən etibarən fəaliyyət göstərməkdədir. Artıq uzun illərdir ki, şirkətimiz təklif etdiyi mebellərin topdan satışını uğurla həyata keçirir. İstehsalat prosesində yalnız dünyaca məşhur şirkətlərin istehsalı olan, ekoloji cəhətdən səmərəli və sertifikatlaşdırılmış mebel materiallarından istifadə olunur.
Tələblər:
Yaş həddi: 18-45 yaş kişi namizədlər
Vəzifələr:
Sexlərdə skop vurmaq, remen vurmaq, karkaz yığmaq, mebel hissələrinin qablaşdırılması və sair işlər.
İş şəraiti:
- Həftədə 6 iş günü, 1 gün istirahət
- İstirahət-Bazar günü
- Nahar Fasiləsi 13.00-dan 14.00-dək
- Çay fasiləsi- 2 dəfə (11.00-dan 16.00-dək)
- Əmək məcəlləsinə əsasən rəsmiləşdirmə
- Əməkdaşların işə gəlib getməkləri üçün - Sumqayıt şəhəri, Xırdalan şəhəri, Saray qəsəbəsi və 20 Yanvar metrosundan şirkətin servis xidməti var.
Qəbul günləri həftə içi hər gün və şənbə günü saat 11.00 və 16.00-da. Şəxsiyyət vəsiqəsi və hərbi biletlə şirkətə yaxınlaşın.