Azərbaycanda və Bakıda iş axtarışı AZ | RU
Vakansiyalar CV IT sahəsində iş
CV əlavə etmək

Bu vakansiyanı itirməmək üçün onu seçilmişə əlavə edin

İş ünvanı: Nərimanov rayonu. Əhməd Rəcəbli 46B
Müsahibə ünvanı: Əhməd Rəcəbli 46B
Antaris QSC

Reklam məhsulları üzrə kateqoriya meneceri

İşəgötürən: Antaris QSC (1 vakansiya)

Əhməd Rəcəbli küçəsi, 46B

Antaris QSC-nin Kateqoriya şöbəsinə Daxili və Küçə Reklamı məhsulları üzrə Kateqoriya Mütəxəssisi vəzifəsinə vakansiya açıq elan olunur.

Tələblər:

• Bazar araşdırması və analizi texnikaları
• Satış texnikaları baradə biliklər
• Xarici dil bilikləri: İngilis və ya Rus dilini B2 səviyyədə bilmək
• Müvafiq kateqoriya – daxili və küçə reklamı prezentasiya məhsulları üzrə texnoloji məlumatlılıq
• Planlama qabiliyyəti (tələbin, stokun planlanması)
• MC ofis proqramları xüsusilə Excel-də işləməyi bilməlidir
• Şəxsi inkişafa meyli olmalı
• Dinamik və pozitiv olmalı
• İndoor və outdoor reklam-displey məhsullarının istehsalı, satışı, B2B satış sahəsində təcrübənin olması

Vəzifələr:

• Şirkətin reklam malları üzrə satış planın formalaşdırılmasında iştirak etmək və öz illik satış planını hazırlayıb təsdiqlətdirmək;
Bazar və müştəri barəsində araşdırma və analizlər etmək;
Aylıq target siyahı formalaşdırmaq və həftəlik görüş sayına uyğun görüşləri keçirib şirkətin docs –da öz səhifəsində nəticələri qeyd etmək.
• Kateqoriyası ilə bağlı marketinq fəaliyyətini planlamaq, icrasını təmin etmək və izləmək
• Kateqoriyası ilə bağlı məhsulların, sifarişlərin daxili istehsal prosesini planlaşdırmaq, nəzarət etmək
• Alınmış malların satışının artırılması üçün reklam fəaliyyətlərini icra etmək, virtual materialların dizayner vasitəsilə hazırlanaraq müştəri kütləsinə elan edilməsini təmin etmək.
• Məhsul ehtiyatının (stok) planlanmasını aşağıdakı formada icra etmək:
1C proqramına əsasən il ərzində malların satışının təhlili və nəticələrə uyğun növbəti il üçün istehsal, alınma, satış strategiyasının təqdimatı, rəhbərlik tərəfindən təsdiqlənməsi;
Tələb olunan malların tədarükünü Satınalma şöbəsi vasitəsilə təmin etmək
Tədarükçülərlə, satınalmanın işirakı olmaq şərtilə, məhsulun xüsusiyyətləri barəsində razılaşma etmək
• Təchizatçı şirkət siyahsının və stokun iclas keçirilərək təsdiq edilməsini təmin etmək
• Mövcud korporativ müştərilərdən kateqoriyasına aid sorğuların, sifarişlərin qəbulu, icrası, prosesin statusu ilə bağlı müştərinin məlumatlandırılması.
Sifarişin icrası zamanı yarana biləcək problemlərin ön görülməsi, qarşısının alınması və yaranmış problemlərin həll edilməsi;
Katqeoriyasına aid ümumi satışın icrasına nəzarət etmək;
• Satış icrası ilə əlaqədar sənədləşmələrin icrası, nəzarəti;
Kateqoriyasına dair fəaliyyətinin aylıq və həftəlik hesabatlarının hazırlanması, aylıq və həftəlik iclaslarda iştirak edərək hesabatların təqdim olunması.
Korporativ satış şöbəsi ilə KM şöbəsinin iclaslarında iştirak etmək.

İş şəraiti:

• Əmək haqqı razılaşma ilə təyin ediləcək
• İş günlərinin sayı 6 gün,
İş qrafiki:
Həftənin I, II, III, IV, V günləri tam iş.
şənbə günü: yarım gün.
• Biznes məhsuldarlığı baxımından əhəmiyyətli olan təlimlər təmin olunacaq
seçilmişə

Aşağıdaki rubrikalarda vakansiyalara baxmaq:

İş axtarıram
İşçi axtarıram