"Təmiz Şəhər" ASC-nin Qala qəsəbəsində yerləşən Sənət müzeyinə bələdçi (müzey işçisi) tələb olunur.
Tələblər:
- Ali və ya orta ixtisas təhsili
- Dil bilikləri: İngilis və Rus dillərini sərbəst səviyyədə
- Kompüter bilikləri: Microsoft Office
- Səlis nitq qabiliyyəti
- Müvafiq sahədə 1 (bir) il iş təcrübəsi
Bilməlidir: muzeyə, qoruğa və muzey tipli müəssisələrə gələnlərin muzeydə davranış qaydalarını; eksponatların mühafizə qaydalarını.
Vəzifələr:
• Ekskursiya aparır və sərgilərdə mühazirələr oxuyur.
• Ziyarətçiləri müşayət edərək eksponatlar və cəmiyyətin fəaliyyəti barədə məlumat verir.
• Muzeyə gələn xarici qonaqlara İngilis və ya Rus dillərində məlumat verir.
• Tapşırılmış ekspozisiyalara, eksponatlara ziyan vurulmaması üçün müvafiq tədbirlər görür, onları mühafizə edir və dəqiq uçotunun aparılmasını təmin edir.
• Yeni ekskursiya və mühazirə mövzuları hazırlayır.
• Metodiki sənədlərin hazırlanmasında, ekskursiya və mühazirələri dinləməkdə, elmi-maarif tədbirlərinin təbliğində, təşkilində və keçirilməsində iştirak edir.
• Ona tapşırılan zalların təmizliyinə nəzarət edir.
• Ziyarətçilərin muzeydə davranış qaydalarına, müəyyən edilmiş iş rejiminə riayət etmələrinə diqqət yetirir.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşdirmə
- 6 günlük iş qrafiki
- İş yeri: Qala qəsəbəsi