QAFQAZ TV

Sayt: https://qafqaztv.az/, Численность: 10-50

Azərbaycanın ilk biznes və turizm kanalı olan “Qafqaz” MTRŞ-i televiziya sahəsində çalışmaq istəyən gəncləri işə dəvət edir.
İş yeri Qubadadır. Bakıdan və digər bölgələrdən olan əməkdaşlar yaşayış yeri ilə təmin edilir. Bir ay sınaq müddəti hərkəs üçün keçərlidir.
Qafqazın ilk işgüzar və turizm kanalı olan «Qafqaz» TV 1 sentyabr 1998-ci ildən Xəyal TV adı ilə çalışmağa başlayıb. Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası 09 avqust 2017-ci il tarixində “Xəyal” Müstəqil Televiziya və Radio Şirkətinın adının dəyişdirilməsi ilə bağlı müraciətə baxdıqdan sonra isə telekanal Qafqaz TV adlandırılıb.

Hazırda Qubadan yayımlanan televiziya bütün Şimal regionu rayonlarını əhatə edir. Qafqaz TV -də yayımlanan bir –birindən maraqlı verilişlər Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzəndə geniş izləyici audutoriyası toplayıb.

Bundan başqa QafqazTV-nin verilişləri televiziyanın rəsmi internet səhifəsi olan www.qafqaztv.az saytı vasitəsilə internet üzərindən də yayımlanır ki, bu da kanala daha çox izləyici audutoriyası qazandırıb. Televiziya bununla da kifayətlənməyərək, mütəmadi olaraq öz istehsalı olan verilişlərini bu gün mövcud sosial şəbəkələr vasitəsilə də yayımlayır.
QAFQAZ TV heç nə tapılmayıb.
Bakıda və Azərbaycanda iş elanları saytı AZ | RU

İş axtarıram
İşçi axtarıram
    İş axtaranın qeydiyyatı

    «Qeydiyyat» düyməsini basaraq siz bu kecid üzrə təqdim edilmiş istifadəçi şərtlərini qəbul edirsiniz.