Zulal Store

Sayt: http://www.zulalstore.az, Численность: 10-50

Bu gün yerli bazarda müvafiq qida sektorunda Zulal Store özünəməxsus yer tutur. Hal-hazırda müəssisə ənənəvi və müəssisənin texnoloqları tərəfindən hazırlanmış resepturalar əsasında bişmiş, bişirilmiş hisə verilmiş, yarım hisə verilmiş, çiy hisə verilmiş olmaqla 100-ə yaxın çeşiddə yüksək keyfiyyətli kolbasa və müxtəlif növ delikates ət məmulatları, sosiska və sardelkalar istehsal edir.

Məhsulların yüksək keyfiyyəti xammal və materialların ciddi seçimi, səriştəlı işçi heyəti, müasir avadanlıq və mütərəqqi texnologiyaların istehsala tətbiqi sayəsində əldə edilir.

Firma tərəfindən milli və beynəlxalq standartlar əsasında istehsal edilmiş kolbasa, sosiska və ət məhsulları Bakıda və Azərbaycanın bölgələrində “Zulal Store ” firma mağazalar şəbəkəsi və iri marketlər vasitəsilə realizə edilir.

İdarəetmənin keyfiyyətini və ərzaq istehsalının təhlükəsizliyini tam dolğunluğu ilə təmin etmək və beynəlxalq bazara çıxmaq məqsədilə müəssisə İSO 9001 və İSO 20000 - Ərzaq təhlükəsizliyi beynəlxalq standartlarına uyğun inteqrə olunmuş menecment sistemi işlənib hazırlanmış və uğurla tətbiq edilmişdir.

Kolbasa və delikates ət məmulatlarının istehsalı ilə məşğul olan aparıcı müəssisə kimi ərzaq istehsalı sahəsində Keyfiyyət və Ərzaq təhlükəsizliyi məsələlərinə ciddi və məsuliyyətlə yanaşmalı olduğumuzu dərk edir və bu istiqamətdə lazım olan bütün addımları atırıq. İstehsal etdiyimiz məhsulların standartlara tam cavab verməsi yüksək keyfiyyətli və təhlükəsiz olması bizim üçün ən mühüm məsələlərdəndir.

Keyfiyyətin və ərzaq təhlükəsizliyinin təminatı bütövlükdə müəssisəmizin və ayrı-ayrılıqda hər bir işçimizin ən əsas vəzifəsidir.
  • 400 — 500 AZN Azərbaycan:
     · Bakı

    seçilmişə

    Satış mütəxəssisi

    Zulal Store

    - Dil bilikləri: Azərbaycan, Rus.
    - Kompyuter bilikləri: 1C, Office.
    - Xanım namizədlər
    - Ünsiyyətcil
    - Aktiv
    - Müştərilərlə ünsiyyət qurmaq bacarığı
    - Kolektivdə işləmə bacarığı
    - İşdə dəqiqlik
    - Məsuliyyətli

 
Bakıda və Azərbaycanda iş elanları saytı AZ | RU

İş axtarıram
İşçi axtarıram
    İş axtaranın qeydiyyatı

    «Qeydiyyat» düyməsini basaraq siz bu kecid üzrə təqdim edilmiş istifadəçi şərtlərini qəbul edirsiniz.