KOROGLU MMC

KOROGLU MMC

Sayt: http://www.koroglu.az, Численность: 100-1000

"Koroğlu" MMC Azərbaycan Respublikası ərazisində 1992-ci ildən yerli və xarici qənnadı məmulatlarının distributoru kimi fəaliyyətə başlayıb. Ölkə daxili bazarında uzun müddət davamlı fəaliyyəti ilə seçilən, eləcə də yerli və xarici istehsal məhsullarını səmərəli surətdə paylaşdıraraq, müştərilərinin, həmkarlarının hörmət və etibarını qazanan "Koroğlu" MMC, bu gün regionda qənnadı məmulatları sahəsində məhsulların çeşid sayı üzrə ön sıralardadır. Şirkət daxili bazarın və qənnadı sənayesinin məhsullarına tələbatı nəzərə alaraq, yüksək keyfiyyətli qənnadı məmulatlarının çeşidlərini maksimal dərəcədə artırmağa çalışır. Kompaniyanın marketinq siyasətinin başlıca məqsədi satış bazarının genişləndirilməsi, distributor şəbəkəsinin əhatə dairəsinin böyüməsi, həmçinin məhsulun istehlakçıya maksimum yaxınlığını təmin etməkdir. Bu hədəflər üzrə uğurlar isə kompaniyanın inkişaf etmiş texniki bazası, eləcə də ticarət sahəsində təcrübəli və peşəkar əməkdaşları sayəsində əldə edilir. Dünya ölkələrinin bir çox nüfuzlu şirkətləri ilə "Koroğlu" MMC " Konfirom ", " Bəhrə ", " Konfirella " , "Akkond", "AVK", "Slavyanka", "Sladko", “Konfeşn” və “Şimşək” kimi istehsalçı məhsullarının satışını təşkil edir. Satışını təşkil etdikləri məhsullar sırasına konfetlər, karamellər, peçenye, vafli, konfetlər dəsti, şokolad plitkaları, batonlar, biskvitlər, ruletlər, kekslər və s. daxildir.
  • 250 — 400 AZN Azərbaycan:
     · Bakı

    seçilmişə

    Satıcı

    KOROGLU MMC

    - Ali və ya orta təhsilli. Ali təhsillilərə üstünlük veriləcək
    - Etibarlı, məsuliyyətli, səliqləli və çevik
    - Bu sahədə özünə karyera qurmaq istəyən
    - İnandırma qabiliyyəti yüksək olan, gülər üzlü, pozitiv, insanlarla tez ünsiyyətə girəbilən, komandada işləmə bacarığına sahib
    - Işində müştəri məmnuniyyətini əsas amil tutan
    - Bu sahədə ən azı 6 ay iş təcrübəsi olan
    - Kompyuter proqramlarını bilən (word, excel)
    - 20-30 yaşlarında xanımlar və kişilər

  • 250 — 400 AZN Azərbaycan:
     · Bakı

    seçilmişə

    Satıcı - xəzinədar

    KOROGLU MMC

    -Riyazi biliklər
    -Məsuliyyətli olmaq, müştərilər ilə xoş ünsiyyət qurmaq
    -Azərbaycan dilini mükəmməl bilməli
    - Nitq mədəniyyəti olmalı
    - Aktiv, təşəbbüskar olmalı
    - Xarici görünüşünə əhəmiyyət verməli

  • 300 — 400 AZN Azərbaycan:
     · Bakı

    seçilmişə

    Mühasib köməkçisi

    KOROGLU MMC

    Ali iqtisadi təhsil
    22-30 yaş
    Xanımlar və kişilər
    Azərbaycan və rus dillərində səlis danişan
    1 C sistemində işləmə bacarığı.
    Məntiqi və riyazi bilik.
    Təşəbbüskarlıq qabiliyyəti.
    Excell bilikləri

 
Bakıda və Azərbaycanda iş elanları saytı AZ | RU

İş axtarıram
İşçi axtarıram
    İş axtaranın qeydiyyatı

    «Qeydiyyat» düyməsini basaraq siz bu kecid üzrə təqdim edilmiş istifadəçi şərtlərini qəbul edirsiniz.