Metalico LLC

Metalico LLC

Sayt: http://metalico.az

“Metalico” şirkəti bədii metal döymə və tökmə məhsulların istehsalı sahəsində ixtisaslaşır. İlkin olaraq, şirkətimiz Bakının sənaye zonalarının birində yerləşən kiçik bir metal tökmə sexi kimi fəaliyyət göstərirdi. Məhsullarımıza tələbat artdıqca, istehsalımız zavod miqyasına qədər genişlənmişdir. Sonradan, xidmətlərimizin daha əlçatılan olması üçün, həmçinin müştərilərimizi rahatlıqla təmin etmək məqsədilə 2013-cü ildə “Metalico” brendi yaradılmışdır. “Metalico” şirkətinin istehsal sexlərində metaldan döymə və tökmə üsulları ilə müxtəlif çeşiddə məhsullar hazırlanır. Tökmə və döymə məmulatların yüksək keyfiyyətini, davamlılıq və uzunömürlüyünü təmin etmək üçün, təcrübəli ustalarımız metalın emalı zamanı xüsusi üsullardan istifadə edirlər. Güclü sənaye bazası, son texnologiyalardan istifadə, əsrlərdən bəri davam edən metal emalı ənənələrinə bəslənilən hörmət əsasında biz hər müştərinin arzu və istəklərini öz işimizdə gerçəkləşdirə bilirik. İstehsal etdiyimiz hər məhsul öz fərdliliyi, gözəlliyi və zərifliyi ilə fərqlənir.
  • 500 AZN-dən Azərbaycan:
     · Bakı

    seçilmişə

    Satış təmsilçisi

    Metalico LLC

    - İş təcrübəsi: 3 ildən 5 ilə qədər
    - Yaş: 25-35 xanım namızəd
    - Yüksək satış qabiliyyəti olmalı
    - Yüksək təqdimat bacarığı
    - Müştərilərlə yüksək səviyyədə ünsiyyət qurmaq bacariğı
    - Kollektivlə işləmə bacarığı
    - İşində dəqiq və məsuliyyətli olmalı
    - Ən əsası satış sahəsində özünü görməli

    Qeyd: Ancaq şəkilli CV-lərə baxılacaq.

  • 500 AZN Azərbaycan:
     · Bakı

    seçilmişə

    Rəngsaz

    Metalico LLC

    - Peşə biliyi
    - Bu sahədə ən az 2 il iş təcrübəsi
    - Boyaların kimyəvi xüsusiyyətlərini və istifadə qaydalarını bilməli
    - Rənglədiyi materialların qurluşunu və yapışma xüsusiyyətlərini bilməli
    -Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə, istehsalat sanitariyası qayda və formalarını bilməli
    - Operativ çalısan, məsuliyyətlik, düzgünlük, işdə dəqiqlik, komandada işləmək bacarığı kimi müsbət göstəricilərə sahib olmaq
    - Müvafiq sahə üzrə sertifikatların olması üstünlük təşkil edir

 
Bakıda və Azərbaycanda iş elanları saytı AZ | RU

İş axtarıram
İşçi axtarıram
    İş axtaranın qeydiyyatı

    «Qeydiyyat» düyməsini basaraq siz bu kecid üzrə təqdim edilmiş istifadəçi şərtlərini qəbul edirsiniz.