"Mətanət A"

"Mətanət A"

Sayt: http://www.matanata.com/

Sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olan «Mətanət A» şirkətinin əsası 2000-ci ildə qoyulmuş və qısa müddət ərzində milli şirkətlər arasında aparıcı yerlərdən birinə sahib olaraq innovativ texnologiyalar sayəsində yüksək inkşaf səviyyəsinə çatmışdır. Ən son texnologiyalarla təchiz olunmuş zavodlarında istehsal edilən məhsullar ölkəmizdə və onun hüdudlarından kənarda istifadəçilərin rəğbətini qazanaraq şirkəti öz sektorunda qabaqcıl şirkətlərdən birinə çevirmişdir. Şirkət inşaat məhsulları sahəsində Azərbaycanda ilk dəfə olaraq İSO 9001-2008 “Keyfiyyətin İdarə Olunması” beynəlxalq standartını almışdır. Keyfiyyət strategiyası ilə yanaşı "Mətanət A" şirkəti ətraf mühitin idarəolunması faktoruna da məsuliyyətlə yanaşır və nəticədə İSO 14001:2004 beynəlxalq standartına layiq görülmüşdür. Bundan başqa digər təşkilatlar tərəfindən beynəlxalq və milli mükafatları (“Century İnternational Quality Era Award” ,“Award Global Quality Management”, “Gold Star International Award for Quality”,”New Millenium Award”, “Intellekt” mükafatı, “İnşaat materiallarının istehsalı üzrə ilin Lider şirkəti”, “İlin brendi-AĞDAĞ”, Mərkəzi və Şərqi Avropa ölkələrinin VIII Beynəlxalq Keyfiyyət Turnirində "Finalist 2012" diplomu və s. mükafatlar) ilə də təltif olunmuşdur.
Hal-hazırda şirkət 3 sistemdə, 22 mal qrupunda fəaliyyət göstərməklə 200-dən çox ticarət markasına və 1000-ə yaxın məhsul çeşidinə malikdir. Müştərilərə həm çeşid zənginliyi, həm rahatlıq, həm də keyfiyyət baxımından tam xidmət göstərməklə daima yeni ideyaların ortaya qoyulması şirkətin əsas prinsiplərindəndir. Belə ki, “Mətanət A” şirkəti gips əsaslı məhsullar sahəsində də yeniliklər etmiş, Qafqazda ilk müasir tipli gips zavodu olan “AĞDAĞ” zavodunun əsasını qoymuş, alman texnologiyasına əsaslanan, rəqəmsal texnologiya ilə avtomatlaşdırılmış formada istehsal prosesini həyata keçirərək “AĞDAĞ” məhsulunun istehsalına başlamışdır.

2008-ci ildə fəaliyyətə başlayan Beton Qatqıları Zavodu da şirkətin aktiv fəaliyyətinin nəticəsidir. Yüksək professionallıqla yeni məhsul qrupunun istehsalını həyata keçirən zavod milli iqtisadiyyatımızın inkşafı sahəsində öz tövhəsini verən istehsal sahələri sırasına aid edilə bilər.
Artıq şirkət qloballaşaraq “Mətanət A” ticarət markası adı altında istehsal etdiyi məhsulları Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, İran, Ukrayna və digər xarici ölkələrə ixrac edir. Bu bir daha sübut edir ki, bu gün milli şirkətimiz müasir biznes təcrübəsinə görə heç də dünyanın qabaqcıl korporasiyalarından geri qalmır.

Bu gün şirkətimiz vahid məqsəd və eyni amal uğrunda sürətlə inkşaf edən milli iqtisadiyyatımıza önəmli tövhələr vermək naminə fəaliyyətini daim genişləndirir.
  • Əmək haqqı
    müsahibə əsasında
    Azərbaycan:
     · Bakı

    seçilmişə

    Marketinq Tədqiqatları üzrə Baş mütəxəssis

    "Mətanət A"

    Təhsil: Ali(İqtisadiyyat və Menecment)
    Yaş həddi: 24-30
    İş təcrübəsi: Marketinq tədqiqatları sahəsində minumum 2 il iş təcrübəsinin olması
    Kompüter biliyi: Word, Excell, Power Point, Internet
    Dillər: Rus dili biliyi arzu olunandır


    Əlavə şərtlər:
    Ezamiyyət imkanları;
    Sürücülük vəsiqəsi;
    Şəxsi avtomobilinin olması;
    Xarici pasport.

  • Əmək haqqı
    müsahibə əsasında
    Azərbaycan:
     · Bakı

    seçilmişə

    Daxili auditor

    "Mətanət A"

    Təhsil: Ali (İqtisadi)
    İş təcrübəsi: 2-5 il iş təcrübəsi olan;
    Yaş həddi:25-45;
    Dil bilikləri: Azərbaycan və Rus dili;
    Kompüter bilikləri: 1C Proqramını və MS Office yaxşı səviyyədə bilmək.

    Şəxsi keyfiyyətləri:
    İşə planlı yanaşmaq bacarığı;
    Yüksək ünsiyyət bacarığı;
    Nitq mədəniyyəti;
    Təmkinlilik, etibarlılıq, özünəinam;
    Səliqəli, təşkilatçı, operativ çalısan, bacarıqlı.

    Əlavə şərtlər:
    Ezamiyyət imkanları;

    Əlavə tələblər:
    Analitik düşünmə və analiz qabiliyyətinin olması,işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur.

  • Əmək haqqı
    müsahibə əsasında
    Azərbaycan:
     · Bakı

    seçilmişə

    Smeta üzrə mühəndis

    "Mətanət A"

    Təhsil: Ali təhsil (İnşaat mühəndisi)
    İş təcrübəsi: 5-10 il iş təcrübəsi olan
    Yaş həddi:35-60 yaş
    Bilməlidir: Layihə-smeta sənədlərinin işlənib hazırlanmasının təşkilini, onların razılaşdırma və təsdiq etmə qaydalarını; smeta, smeta-maliyyə hesablamaları və kalkulyasiyaların tərtib olunması üzrə metodiki və vahid qiymətlərin toplu və kataloqlarının, inşaat materialları, konstruksiya, məmulat, avadanlıqların quraşdırılması üzrə, qiymətlər cədvəllərinin preyskurant topluları və avadanlıqların, materialların tipləşdirilimiş dəstlərinin tərtib və istifadə olunma qaydalarını; iqtisadiyyatın, istehsalatın təşkilinin, əməyin və idarəetmənin əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın...

 
Bakıda və Azərbaycanda iş elanları saytı AZ | RU

İş axtarıram
İşçi axtarıram
    İş axtaranın qeydiyyatı

    «Qeydiyyat» düyməsini basaraq siz bu kecid üzrə təqdim edilmiş istifadəçi şərtlərini qəbul edirsiniz.