Azertexnolayn MMC

Azertexnolayn MMC

Sayt: http://azertexnolayn.com/, Численность: 100-1000

2012-ci il Fevral ayında Sumqayıt Kimya Sənaye Parkının (SCIP) ərazisində ilk rezident olaraq təməli qoyulan Azertexnolayn MMC ölkəmizin sənaye sahəsində mühüm işlərin görülməsində əməyi keçən şirkətlərdəndir. 2013-cü ildə istismara verilən şirkət ölkəmizdə sənaye infrastrukturunun inkişafı, onun mövcud potensialının daha da möhkəmlənməsi və müasirləşdirilməsi istiqamətində professional səylərini göstərməkdədir. Azertexnolayn MMC bu gün müasir texnologiyalara əsaslanan, ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən və eksport potensialına malik aşağıdakı məhsulların istehsalı ilə məşğuldur: Su xətləri, təbii qaz xətləri, xam neft xətləri, svay, metal konstruksiya və s. üçün nəzərdə tutulan Ø 400 – 2000 mm diametrdə istehsal olunabilən polad borular. Ø 400 - 2400 mm diametrə qədər istehsal olunabilən Polad armaturlu Qofralı Kanalizasiya

boruları. Ø 16 – 630 mm ölçülərində PE təzyiqli su və qaz boruları, paslanmaz metal hasar.

Plastik fittinqlər və müxtəlif çeşidlərdə injeksiya məhsulları.

Su siyirtməsi, qaz siyərtməsi, dairəvi siyirtmə, yanğın hidrantı, suvarma hidrantı, quyu qapaqları, yağış barmaqlıqları, demontaj parçası, əks klapan, hava klapanı, təmizləyici qurğu, siyirtmə qovşağı, bulaq qurğusu, park oturacağı və.s Şirkətin istehsal etdiyi məhsulların dünya standartlarına uyğunluğuna və yüksək keyfiyyət səviyyəsinə, həmçinin gigiyenik və təhlükəsizlik göstəricilərinə görə əldə etdiyi sertifikatlar:API, ISO 9001, OHSA 18001, ISO 14001, ISO 29001, GOST, AZS.

Hədəfimiz: İstehlakçılar üçün etibarlı və keyfiyyətli məhsulların təminatçısı olmaq

Vizyonumuz: "Kökləri Azərbaycanda olan, güclü beynəlxalq nüfuza malik dünya səviyyəli qabaqcıl şirkətə çevrilmək"
  • Əmək haqqı
    müsahibə əsasında
    Azərbaycan:
     · Sumqayıt

    seçilmişə

    Mühasib

    Azertexnolayn MMC

    Azertexnolayn Polietilen Məmulatlar Zavoduna "Mühasib" vakansiyası üçün namizədlərin müraciətlərini qəbul edir.

 
Bakıda və Azərbaycanda iş elanları saytı AZ | RU

İş axtarıram
İşçi axtarıram
    İş axtaranın qeydiyyatı

    «Qeydiyyat» düyməsini basaraq siz bu kecid üzrə təqdim edilmiş istifadəçi şərtlərini qəbul edirsiniz.