Lime Catering MMC

Lime Catering MMC

Sayt: http://www.limecatering.az/, Численность: 100-1000

Lime Catering - professional iaşə xidmətləri göstərən şirkətdir və 2006-cı ildən biz öz xidmətlərimizi göstəririk. Bundan əlavə biz korporativ və fərdi müştərilərə öz banket və furşet xidmətlərimizi də göstəririk. Hal hazırda Lime catering şirkəti 2400 kv.m artıq olan müasir avadanlıq ilə təchiz olunmuş istehsalat sahəsinə malikdir. Mövcud olan infrastruktur, idarəetmə bacarığımız və insani resursları bizə imkan verir ki, 10000 nəfərdən artıq insana öz xidmətimizi göstərək.

Bizim iaşə xidmətlərimiz üçün menyu müştərinin istəyi və arzusu əsasında hazırlanır. Biz öncə müştərinin qida və diyetik tələblərini öyrənib, sonra onların individual marağlarına uyğun adaptasiya olunmuş konsepsiya hazırlayırıq. Bizim müştəri yönümlü işçi heyətimiz sizlərə öz xidmətlərini göstərməyə hazırdı.

Lime catering 2006-cı ilin mart ayından fəaliyyətə başlayıb. 2007-ci ilin aprelindən başlayaraq Lime Catering öz yeməklərini və xidmətlərini ofislərə və mənzillərə çatdırmağa başladı. Biznesin effektivliyini (səmərəliliyini)artırmaq üçün maliyyə, ehtiyatların idarə edilməsi, tədarük, sifarişçi xidmətlərinin idarə edilməsi, kadrlarla iş və işçilərin stimullaşdırılması məsələləri üzrə korporativ standartlar tətbiq edilməyə başladı.

Hal-hazırda Lime Catering ölkənin bir çox böyük şirkətlərinə öz yüksək xidmətlərini göstərən dinamik və getdikcə genişlənən bir şirkətdir. Bizim növbəti strateji addımımız yerli şirkətdən qlobal beynəlxalq bir şirkətə çevrilməkdir.
  • 900 — 1 000 AZN Azərbaycan:
     · Bakı

    seçilmişə

    Baş aşpaz

    Lime Catering MMC

    • Baş aşpazın ən azı 5 il iş təcrübəsi olmalıdır.
    • Gündəlik menyunu tərtib etmək, mətbəxdə çalışan işçiləri idarə etmək və iş bölgüsü aparmaq.
    • Ünsiyyət qurma bacarığı; büdcəni tərtib etmək və ona nəzarət etmək.
    • Gərgin vaxt məhdudiyyətli iş rejimində işləmək bacarığı.

  • 800 — 1 000 AZN Azərbaycan:
     · Bakı

    seçilmişə

    Texnoloq

    Lime Catering MMC

    • Catering sahəsində minimum 10 il iş təcrübəsi olan ;
    • Ətrafdakılarla münasibət qurmaq və yarana biləcək problemləri həll etmək qabiliyyətinə malik olmaq;
    • Microsoft Office proqramlarını sərbəst bilmək;
    • Tələbkarlıq;

  • 350 AZN-dən Azərbaycan:
     · Bakı

    seçilmişə

    Aşpaz köməkçisi

    Lime Catering MMC

    • İş təcrübəsi: 1 - 3 il
    • Yalnız qadın namizədlər tələb olunur
    • Aşpaz köməkçisi olaraq ən azı 1 il iş təcrübəsinə malik olmaq

 
Bakıda və Azərbaycanda iş elanları saytı AZ | RU

İş axtarıram
İşçi axtarıram
    İş axtaranın qeydiyyatı

    «Qeydiyyat» düyməsini basaraq siz bu kecid üzrə təqdim edilmiş istifadəçi şərtlərini qəbul edirsiniz.